Olimpiya vəsiqələrimizin sayı 39-a çatdı

Ötən istirahət günlərində Azərbaycanın daha üç idmançısı XXX Yay Olimpiya Oyunlarının medallları uğrunda mübarizə aparmaq hüququ qazanaraq London -2012-yə lisenziyalarımızın sayını 37-yə çatdırmışdır.
Yunan - Roma üsulu ilə güləşən Kamran Məmmədov (60kq) və qadın güləşçi Yuliya Ratkeviç (55 kq) olimpiyaçı olmaq arzularına Sofiyada çatmışlar. Onların hər ikisi Bolqarıstan paytaxtında Avropa Olimpiya təsnifat turnirinin qalibi olmuşdur. Məmmədov finalda Finlandiya idmançısını, Ratkeviç isə yunanıstanlı rəqibini məğlubiyyətə uğratmışlar.
İndi Azərbaycan güləşçilərinin hesabında üst-üstə 10 lisenziya vardır. Onlardan beşini "sərbəstlər", üçünü "klassiklər", ikisini isə qadın güləşçilər qazanmışlar. Bu göstərici üzrə Azərbaycan 15 vəsiqəyə malik Rusiyadan sonra Avropa ölkələri arasında ikincidir. Sonrakı üç yeri hərəyə 8 lisenziyası olan Türkiyə, Bolqarıstan və Gürcüstan tuturlar.
Tezliklə daha bir neçə güləşçimiz lisenziya sevinci yaşaya bilər. Qarşıdakı iki yarış dünya təsnifat turniri xarakteri daşıyacaq. Onlardan birincisi aprelin 26-29- da Çində keçiriləcək, digəri isə mayın əvvəlində Finlandiyada təşkil olunacaq. Azərbaycan güləşçilərinin hər iki ölkədə uğurla çıxış edib, Olimpiya vəsiqələrimizin sayını daha da artırmaq imkanları hələ tükənməyib.
Olimpiadaya 37-ci lisenziya isə Slovakiyanın paytaxtı Bratislavada qazanılmışdır. Orada keçirilən Olimpiya təsnifat turnirində həmyerlimiz Səbinə Mikina inamla yarışaraq olimpiyaçı olmaq vəzifəsinin öhdəsindən bacarıqla gəlmişdir. O, qılıncoynatmanın sablya növündə fərqlənmişdir.
Dünən məlum oldu ki, Beynəlxalq Su İdman Növləri Federasiyası Olimpiya oyunlarının üzgüçülük yarışlarında iştirak etmək üçün Azərbaycana iki vəsiqə vermişdir. Beləliklə indi Olimpiadaya 39 lisenziyamız var.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında