"QIZIL ƏLCƏK" İdman Klubu Azərbaycan Çempionu oldu

Aprelin18-22-də Azərbaycan Texniki Universitetinin idman zalında Kikboksinq üzrə XVIII Azərbaycan Çempionatı keçirilib. Yarışda 43 komandanın 400-ə yaxın idmançısı iştirak edib. Çempionatda iştirak edən idmançılar uşaqlar, kadetlər və kişilər olmaqla üç qrupda mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda ən çox medalı "Qızıl Əlcək" idman klubunun idmançıları qazanıblar. 
Uşaqlar arasında 4 qızıl (24 kq-da Faiq Canbaxışlı, 26,5 kq-da Həsənbala Həsənov, 33 kq-da Heydərov Pərvin, 39 kq-da Cahid Qurbanov), kadetlər arasında 3 qızıl medala sahib çıxan komanda (36 kq-da Nəcməddin Məmmədzadə, 39 kq-da Ümid Əliyev, 45 kq-da Ramiq Allahverdiyev) böyüklər arasında da yüksək nəticə göstərib. Klubun bu qrupa daxil olan idmançıları ümumilikdə 11 medal qazanıblar. Onlardan 5-i qızıl (54 kq-da Kamran Orucov, 57 kq-da Cahangir Məmmədov, 67 kq-da Məhəmməd Nəsirov, 86 kq-da Samir Kazımov, 91 kq-da Anar Məmmədov), 4-ü gümüş (63,5 kq-da Ceyhun Quliyev, 71 kq-da Zaur Ramazanov, 81 kq-da Rafiq Əliyev, 91+ kq çəki dərəcəsində Məhərrəm Əliyev), 2-si bürünc medal (51 kq-da Mehdi Seyidov, 60 kq-da Cahandar Əliyev) olub.
Ümumi komanda hesabında I yeri tutan "Qızıl Əlcək" İdman Klubunu çempionatda "Neftçi" (II yer) və "Dinamo" İdman Cəmiyyəti (III yer) izləyib.
XVIII Çempionatda medal qazanan idmançılar Azərbaycan yığma komandasının tərkibində may ayında Macarıstanda keçiriləcək Dünya Kuboku və sentyabr ayında Türkiyədə keçiriləcək Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər.
Məlumat üçün bildirək ki, "Qızıl Əlcək" İdman Klubunun inkişafı və Beynəlxalq yarışlarda iştirakına "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC dəstək göstərir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında