İDMAN XƏBƏRLƏRİ (22.04.2012)

Azərbaycan Olimpiya rinqinə 7 döyüşçü çıxaracaq
Türkiyənin Trabzon şəhərində başa çatmış Avropa Olimpiya təsnifat turnirində Azərbaycan boksçuları London Olimpiadasına daha bir lisenziya qazanmışlar. Məhəmməd Abdulhəmidovdan (56 kq) sonra Vətən Hüseynli (81 kq) fərqlənmişdir. Təmsilçimiz yarımfinal döyüşündə ingiltərəli Kullam Şmitə qalib gələrək finala çıxmış və bununla da XXX Yay Olimpiya Oyunlarına "bileti" özünə təmin etmişdir.
Abdulhəmidov və Hüseynlinin bu uğurlarından sonra dəri əlcək ustalarımızın Olimpiadaya qazandıqları vəsiqələrin sayı daha da artmışdır. Trabzon turniri boksçuların son təsnifat yarışı idi və indi qəti məlumdur ki, Londonda Olimpiya oyunlarının medalları uğrunda mübarizədə Azərbaycan yeddi çəki dərəcəsində mübarizə aparacaq.

{nl}

" Sərbəstlər" beşinci lisenziyanı Sofiyada qazandılar
Azərbaycanın sərbəst üsulla güləşənləri Bolqarıstan paytaxtında keçirilən lisenziya turnirində çıxışlarını Olimpiadaya bir vəsiqə ilə başa vurmuşlar. Onu ölkəmizə 60 kq çəki dərəcəsində yarışan Toğrul Əsgərov qazandırmışdır. Güləşçimiz belaruslu, almaniyalı və ukraynalı rəqibləri üzərində ardıcıl qələbələr sayəsində finala çıxmış və olimpiyaçı olmaq hüququnu inamla sübuta yetirmişdir. Toğrul əsas vəzifəsinin öhdəsindən gəlməklə yanaşı, həlledici görüşdə bolqar Anatoli Quydeanı da məğlubiyyətə uğradaraq yarışın qalibi olmuşdur.
İndi sərbəst güləşənlərimizin hesabında beş lisenziya vardır. Qarşıda bu növün nümayəndələrini Çin və Finlandiyada daha iki təsnifat turniri gözləyir. Deməli, sərbəst güləşənlər növbəti lisenziyalara da ümid edə bilərlər. Dünən Sofiyada yunan- Roma üsulu ilə güləşənlərin yarışına start verilmişdir. Bu gün isə qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Bu iki turnirədək Azərbaycan idmanı nümayəndələrinin lisenziyalarının sayı 34-ə çatmışdı.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında