İki boksçumuz yarımfinalda

Xəbər verdiyimiz kimi, Azərbaycan boksçusu Məhəmməd Abdulhəmidov ( 56 kq) Türkiyənin Trabzon şəhərində keçirilən olimpiya təsnifat turnirinin dörddəbir final mərhələsində Denis Makarova ( Almaniya) qalib gəlib yarımfinala çıxmaqla London Olimpiadasına lisenziya qazanmaq vəzifəsini vaxtından əvvəl yerinə yetirmişdir.
Onun bu müvəffəqiyyəti sayəsində olimpiyaçı olmaq hüququnu əvvəlki yarışlarda sübuta yetirmiş dəri əlcək ustalarımızın olimpiya "biletlərinin" sayı 6-ya çatmışdır.
Təmsilçimizin qələbəsinə sevindiyimiz axşam Azərbaycanın daha bir boksçusu dörddəbir final döyüşü sınağından şərəflə çıxmışdır. Vətən Hüseynli (81 kq ) fransalı rəqibini məğlubiyyətə uğradıb məqsədə bir qədər də yaxınlaşmışdır. Növbəti uğurlu döyüşdən sonra onu olimpiya lisenziyasından cəmi bir qələbə ayırır. Əgər Hüseynli yarımfinalda ingiltərəli Smitin də öhdəsindən gəlməyi bacarsa, Olimpiada rinqinə çıxmağa hazırlaşan Azərbaycan boksçularının sıraları bir qədər də genişlənəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında