İDMAN XƏBƏRLƏRİ. (19.04.2012)

Olimpiadaya 32-ci lisenziya
Türkiyənin Trabzon şəhərində boksçuların XXX Yay Olimpiya Oyunlarına lisenziya turniri finişə yaxınlaşdıqca mübarizənin gərginliyi və təbii ki, görüşlərə maraq daha da artır. Turnirin ilk iki günündə dörd döyüşün hamısından qalib ayrılan Azərbaycan boksçuları üçüncü yarış günü təəssüf ki, sürəti bir qədər azaltmışlar Həmin gün rinqə çıxan üç təmsilçimizdən yalnız biri qələbə qazana bilmişdir.
Məhəmməd Abdulhəmidov (56 kq) Macarıstan idmançısını məğlubiyyətə uğradaraq növbəti mərhələdə çıxışlarını davam etdirmək hüququ qazanmışdır. Elvin İsayev ( 60 kq) və Salman Əlizadə (49 kq) müvafiq surətdə Türkiyə və Almaniya boksçularına uduzmuşlar.
Bundan sonra Azərbaycanın beş təmsilçisindən ikisi turnirdə mübarizəni dayandırmışdır. Digər üç həmyerlimiz isə dünən dörddəbir final döyüşlərində rinqə çıxmalı idi. Yarımfinalın astanasında Tamerlan Abdullayevi (69 kq) İrlandiya, Vətən Hüseynlini ( 81 kq ) Fransa boksçuları ilə görüşlər gözləyirdi. Abdulhəmidov isə almaniyalı Denis Makarov üzərində qələbə təqdirində Londona vəsiqəni vaxtından əvvəl özünə təmin edəcəkdi.
Belə də oldu. Məhəmməd Abdulhəmidov görüşü əla keçirərək olimpiyaçı olmaq məqsədinə çatdı. İndi Azərbaycan idmançılarının hesabında 32 lisenziya vardır.

{nl}

17 yaşlılar Tbilisidə
Sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə keçiriləcək 17 yaşlı qadın futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatına hazırlaşan Azərbaycan yığması Gürcüstan paytaxtında səfərdədir. Qızlar Tbilisidə beynəlxalq turnirdə iştirak edəcəklər.
Bir növ qüvvələrə baxış xarakteri daşıyacaq bu yarışda yığmamızın rəqibləri Gürcüstan, Türkiyə və Qazaxıstan komandalarıdır. Turnirə bu gün Gürcüstan- Qazaxıstan və Azərbaycan - Türkiyə görüşləri ilə start veriləcəkdir. Bu oyunların qalibləri aprelin 21-də final matçında mübarizə aparacaqlar. İlk görüşlərdə uduzanlar isə elə həmin gün üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında