Otuzuncu Olimpiadaya 31-ci lisenziya

Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasiminə təxminən 100 gün qalmış Azərbaycan idmançıları 31-ci lisenziya qazanmışlar. Bu dəfə qadınlardan ibarət ağırlıqqaldırma komandamız fərqlənmişdir.
Türkiyənin Antalya şəhərində yenicə başa çatmış Avropa çempionatının finişində təmsilçimiz Yuliya Dovqal ( 75 kq-dan yuxarı çəki dərəcəsi) birdən 123, təkanla 150 kq ağırlıq qaldıraraq iki hərəkətin cəmində 273 kq nəticə ilə bürünc medala sahib olmuşdur. Onun bu müvəffəqiyyəti, eləcə də Boyanka Kostovanın ( 58 kq ) qızıl və Silviya Angelovanın (48 kq) bürünc mükafatları sayəsində Azərbaycan komanda hesabında Avropa çempionatının üçüncüsü olmuş və Londona bir vəsiqə qazanmışdır.
Qitə birinciliyi kişilərdən ibarət komandamıza da böyük sevinc gətirmişdir. Artıq bildiyiniz kimi, Azərbaycan idmançılarından ikisi Valentin Xristov ( 56 kq) və Əfqan Bayramov (69 kq) öz çəki dərəcələrində bütün rəqiblərindən yaxşı nəticə göstərib fəxri kürsünün zirvəsinə yüksəlmişlər. Nəticədə kişi və qadın atletlərimizin çıxışlarının yekununa görə ümumkomanda hesabında Azərbaycan yalnız Rusiyadan geri qalıb ikinci yeri tutmuşdur.
Beləliklə, ölkəmiz London Olimpiadasında altı ağırlıqqaldıranla təmsil olunacaq. Xatırladaq ki, Antalyada startadək kişilərdən ibarət komandamız İngiltərə paytaxtına beş lisenziyanı özünə təmin etmişdi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında