İDMAN XƏBƏRLƏRİ (11.04.2012)

Azərbaycan Avropa çempionatına qızıl və bürünc medallarla başladı

{nl}

Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının startı Azərbaycan idmançıları üçün çox uğurlu olmuşdur.Təmsilçilərimiz yarışın birinçi günü iki medal-qızıl və bürünc mükafatlar qazanmışlar. 
Valentin Xristov iki hərəkətin cəmində 280 kq nəticə göstərərək ( (125 +155 kq) 56 kq çəki dərəcəsində bütün rəqibləri üçün əlçatmaz olmuş və Avropa çempionu kimi fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir. Bürünc medala isə Silviya Angelova (48 kq) sevinmişdir. O, iki hərəkətin cəmində 175 kq (78+97 kq) ağırlıq qaldıraraq üçüncü yeri tutmuşdur.
Artıq xəbər verdiyimiz kimi, Avropa çempionatında kişilərdən fərqli olaraq, qadınların turnirində XXX Yay Olimpiya Oynlarına lisenziya da oynanılır. Əgər yığmamız komanda hesabında çıxışlarını ən yaxşı altı kollektiv sırasında başa vura bilsə, Londona bir vəsiqə qazanacaq.

{nl}

Naxçıvanda beynəlxalq şahmat festivalı
Aprelin 27- dən mayın 7-dək keçiriləcək bu yarış Azərbaycanda şahmatın inkişafında və bugünkü yüksək səviyyəyə çatmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq.
"Nakhchivan Open-2012" festivalı üç turniri özündə birləşdirəcək. "A" turnirində reytinqi 2250-dən az olmayan iştirakçılar mübarizə aparacaqlar. "B" turnirində reytinqi 2250-dən aşağı olan şahmatçılar, "C" turnirində isə uşaqlar yarışacaqlar.
Turnirlər İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olacaq. Əsas turnir üçün 40 min dollar məbləğində mükafat fondu təsis edilmişdir. Qalib 6 min dollar qazanacaq.

{nl}

Avqusta hələ çox qalsa da...
İstanbulda keçiriləcək 40-cı Ümumdünya Şahmat Olimpiadasına hələ beş aya qədər vaxt qalsa da, artıq onun təqvimi məlumdur. Olimpiadanın bu günlərdə istifadəyə verilmiş rəsmi saytında bildirildiyi kimi, dünya şahmatçılarının bu çox mötəbər yarışının açılış mərasimi avqustun 27-nə təyin edilmişdir.
Olimpiada 11 turdan ibarət olacaq və ilk görüşlər avqustun 28- də oynanılacaq. Sonuncu tur isə sentyabrın 9-da keçiriləcək. Təşkilatçılar iştirakçılar üçün iki istirahət günü də nəzərdə tutmuşlar. Rəqiblər sentyabrın 2-də və 8-də oyunlardan azad olacaqlar.
Xatırladaq ki, 39-cu Ümumdünya Şahmat Olimpiadası 2010-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmişdir.

{nl}

"Rabitə"yə çatmaq çətin olacaq
Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında final mərhələsinin birinci dövrəsi başa çatmışdır. Növbəti iki oyunda " İqtisadçı" voleybolçuları "Bakı"dan üstün olmuşlar - 3:0, "Rabitə" isə "Azərreyl"ə qalib gəlmişdir - 3:1.
Birinci dövrədən sonra turnir cədvəlinə inamla başçılıq edən "Rabitə" nin 12 xalı vardır və hər şeydən göründüyü kimi, ona çatmaq çətin olacaq. İkinci-üçüncü yerləri tutan "Lokomotiv" və "Azərreyl" komandaları müvafiq surətdə 6 və 5 xal toplamışlar.
İkinci dövrə aprelin 11-də " Lokomotiv" -"Rabitə" və "Bakı" - "Azərreyl" görüşləri ilə başlanacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında