Olimpiya lisenziyalarımızın sayını artırmaq vaxtıdır

İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına bu günə qədər 30 lisenziya qazanmış Azərbaycan idmançıları tezliklə onların sayını xeyli artıra bilərlər. Belə ki, artıq birinci həftəsini başa vurduğumuz aprel ayı Olimpiadaya lisenziya xarakterli yarışlarla zəngin olacaq.
İngiltərə paytaxtına getmək hüququ verən növbəti vəsiqəni Türkiyənin Antalya şəhərində yenicə starta çıxmış ağırlıqqaldırma üzrə Avropa çempionatında qadın təmsilçilərimizdən gözləyirik. Kişilərin qitə birinciliyndən fərqli olaraq, qadınların yarışında Olimpiadaya lisenziyalar da oynanılaçaq.Əgər Silviya Angelova (48 kq),Voyanka Kostova (58 kq), Alyona Kirilova (69 kq) və Yuliya Dovqaldan (75 kq-dan) yuxarı ibarət heyətimiz Antalyada komanda hesabında ən yaxşı altı kollektiv sırasına daxil ola bilsə, Londona bir vəsiqə qazanacaq. Xatırladaq ki, kişi ağırlıqqaldıranlarımız beş lisenziyanı özlərinə təmin etmişlər.
Ağır atletka ustalarının çempionatı finişə çatdıqdan sonra nəzərlərimiz Türkiyənin digər şəhəri Trabzona yönələcək. Aprelin 14-də orada başlanacaq lisenziya xarakterli boks turnirində Azərbaycan beş çəki dərəçəsində (49,56,60,69 və 81 kq) təmsil olunacaq. Artıq hesablarında Olimpiyadaya beş vəsiqə olan dəri əlcək ustalarımızın bu yarışdan sonra sıralarının daha da genişlənəcəyinə ümidimiz böyükdür.
Aprelin 20-22-də Sofiyada keçiriləcək güləş üzrə lisenziya sınaqları da maraqla gözlənilir. Bolqarıstan paytaxtında Azərbaycan idmanı nümayəndələri həm sərbəst və yunan- Roma, həm də qadın güləşində olimpiya vəsiqələrimizin sayını artırmaq əzmindədirlər.Onların bu məqsədə nə dərəcədə nail olacaqlarını çətin görüşlərdən sonra biləcəyik. Sofiyada Olimpiadaya hər çəki dərəcəsində yalnız iki güləşçi-finalçılar vəsiqə qazanacaqlar.
Bolqarıstan paytaxtında vəzifələrinin öhdəsindən gələ bilməyən güləşçilər isə növbəti startlarda - aprelin 26-29-da Çində və mayın 2-6- da Finlandiyada keçiriləcək dünya lisenziya turnirlərində olimpiyaçı olmaq hüququ qazanmaga çalışacaqlar.
Nəhayət qadınlardan ibarət otüstü xokkey komandamızın aprelin 25-dən mayın 6-dək Yaponiyada dünya təsnifat turnirində mübarizə aparacağını da xatırladaq. Gündoğar ölkədə Azərbaycan yığmasının rəqibləri Yaponiya, Çili, Belarus, Malayziya və Trinidad- Tobaqo komandaları olacaq. Turnirdə Londona cəmi bir vəsiqə oynanılacaq Olimpiya oynlarına yalnız qalib komanda gedəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq dəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında