İdman xəbərləri (05.04.2012)

Son altı addım
Azərbaycan milli futbol çempionatı tədricən finişə yaxınlaşır. Aprelin 7-8-nə təyin edilmiş 27-ci turla final mərhələsinin birinci dövrəsinə yekun vurulacaq. Həmin günlərdə medallar uğrunda mübarizə aparan klubların turnirində azarkeşlər "İnter" - "Qarabağ", "Qəbələ" - "Xəzər-Lənkəran" və "Neftçi" - "Bakı" görüşlərinin şahidi olacaqlar. İkinci altılıq komandalarının yarışında isə "Turan" ilə "Kəpəz", "Rəvan"la "Simurq", AZAL ilə "Sumqayıt" üz-üzə gələcəklər.
Bu tur ərəfəsində turnir cədvəlində "Neftçi"nin (54 xal) vahid lider mövqeyi kifayət qədər möhkəmdir. Bakılıların ən yaxın izləyicisi "Qarabağ"ın 49, üçüncü-dördüncü pillələrdə olan "İnter"lə "Xəzər-Lənkəran"ın 48, sonrakı iki yeri tutan "Qəbələ" ilə "Bakı"nın müvafiq surətdə 42 və 41 xalları vardır.
Yeddi - on ikinci yerlərdə qərar tutan komandalar isə cədvəldə bu ardıcıllıqla irəliləyirlər: AZAL - 35, "Rəvan" - 31, "Kəpəz" - 29, "Simurq" - 24, "Turan" - 19, "Sumqayıt" - 16 xal.
Beləliklə, turnir məsafəsinin qalan hissəsində rəqiblər hərəyə cəmi altı addım atacaqlar. Görək kimin addımları daha möhkəm olacaq, finiş kimə daha çox sevinc gətirəcək...

{nl}

Avropa çempionatının ən böyük sürprizi
Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçısı Vasif Durarbəyli bu günlərdə Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 13-cü Avropa çempionatında 7,5 xal toplayaraq 350 nəfərə qədər rəqib arasında 21-ci yeri tutmuş və Dünya kuboku uğrunda növbəti yarışa vəsiqə qazanmışdır.
Məşhur chessbase.com saytı yarış barədə özünün yekun materialında həmyerlimizin bu müvəffəqiyyətini Avropa çempionatının ən böyük sürprizi hesab etmişdir. Həqiqətən də, çempionat iştirakçılarının siyahısında reytinqə görə 148-ci olan Durarbəyli (2543) finişə 21-ci çatmaqla çox böyük müvəffəqiyyətə nail olmuşdur. Müqayisə üçün qeyd edək ki, reytinqə görə siyahıya başçılıq etmiş italiyalı qrossmeyster Fabiano Karuana (2767) 7 xalla yalnız 38-ci yeri tuta bilmişdir.

{nl}

"Barselona" və "Bavariya"
İspaniya və Almaniyanın bu klubları UEFA Çempionlar Liqası turnirinin ilk yarımfinalçıları olmuşlar. Dörddəbir finalın cavab görüşlərində "Barselona" özünün "NouKamp" stadionunda 100 minə qədər tamaşaçı qarşısında İtaliyanın "Milan" komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmış (Milanda ilk oyun heç-heçə başa çatmışdı - 0:0), "Bavariya" isə Fransanın "Marsel" klubuna ikinci dəfə iki cavabsız qolla qalib gəlmişdir - 2:0.
Liqanın daha iki yarımfinalçısı dünən keçirilən və Bakı vaxtı ilə gecəyarısı başa çatan "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) və "Real" (İspaniya) - APOEL (Kipr) görüşlərində müəyyənləşməli idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında