Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi üçün 500 mindən çox imza toplanılmışdır

Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyi üçün paytaxtda və regionlarda 500 mindən çox imza toplanılmışdır. Bu nəticələr Azərbaycan vətəndaşlarının Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dəstək verdiyini göstərir.
Bu sözləri Bakının namizədliyini dəstəkləmək üçün martın 14-dən Milli Olimpiya Komitəsi ilə birgə imzatoplama kampaniyasına başlamış Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov demişdir.
Ş.İsmayılov bildirmişdir ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın qarşısına imza toplanılması ilə bağlı məcburi öhdəlik qoymamışdır. Bu, öz təşəbbüsümüzdür. Məqsədimiz 2020-ci il Olimpiya Oyunlarında Bakının namizədliyinə dəstək üçün vətəndaşların imzalarını toplamaq və onların məlumatlılıq səviyyəsini artırmaqdır.
Kampaniyanın keçirilməsində könüllülərin qüvvəsindən istifadə olunduğunu diqqətə çatdıran Ş.İsmayılov söyləmişdir ki, beynəlxalq idman tədbirinin paytaxtda keçirilməsi Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq və yeni dostluq əlaqələrinin qurulmasına səbəb olacaqdır.
Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün Bakı ilə yanaşı, Madrid, Tokio, İstanbul və Doha da namizədliklərini irəli sürmüşlər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcəkdir. Aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 5 iddiaçı şəhərdən hansıların növbəti mərhələyə keçməsi ilə bağlı qərar veriləcəkdir. Həmin qərar rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaqdır.
BOK ikipilləli seçimdən sonra 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaqdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında