Kirsan İLYUMJİNOV: "İlham Əliyev dünyada yeganə Prezidentdir ki, şahmatın inkişafı ilə bağlı dövlət proqramı imzalamışdır"

"Azərbaycan Şahmat Federasiyasına, Gənclər və İdman Nazirliyinə, xüsusilə, Azərbaycanın dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Çünki FİDE-yə üzv olan 198 ölkə arasında İlham Əliyev dünyada yeganə Prezidentdir ki, şahmatın inkişafı ilə bağlı dövlət proqramı imzalamışdır". Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov demişdir.
FİDE rəhbəri 2013-cü ilin martında Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək şahmat tacına iddiaçılar turniri ilə bağlı müqavilə sənədlərinin imzalanma mərasimində Azərbaycanın şahmatın populyarlaşmasına böyük dəstək verdiyini bildirmişdir.
İlyumjinov iddiaçıların turnirinə ev sahibliyi etmək üçün Azərbaycan və Bolqarıstanın namizədliyini verdiyini bir daha xatırlatmışdır. O, yarışın ölkəmizdə keçirilməsi üçün etiraz edən erməni Levon Aronyanın açıq məktub yazmasına da toxunmuşdur: "Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarındandır. İddiaçılar turnirində də ölkənizi layiqincə təmsil edəcəyinə ümidvaram. Sifariş ərizələri Azərbaycan və Bolqarıstanla yanaşı, AGON-dan gəldi. Prezident şurasının iclasına bir neçə gün qalmış Levon Aronyanın ultimatum xarakterli bəyanatı yayıldı. FİDE belə ultimatumları qəbul etmir. Bu məktuba şurada baxılmadı. Rəcəbovla Aronyan qarşılaşsa, biz Elistanı - mənim doğma şəhərimi təklif etməyə hazırıq".
FİDE prezidenti yalnız ölkələrin şərtlərinə baxıldığını və şura Bakı və Londonu dəstəklədiyini vurğulamışdır: "Bütün təklifləri nəzərə alaraq turnirin gələn il Londonda keçirilməsinə qərar verdik. SOCAR-a da təşəkkür edirəm. Bu, yaddaqalan olay olacaq. SOCAR isə layiqli reklam imici qazanacaq".
Qeyd edək ki, iddiaçıların turniri martın 13-31-də Londonda keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında