"Çellenc kuboku" "Lokomotiv"in üzünə güldü

Avropa Voleybol Konfederasiyasının qadın komandaları arasında "Çellenc kuboku" turniri Bakının "Lokomotiv" klubunun qələbəsi ilə başa çatmışdır. Ötən bazar günü Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən və hər iki rəqibin pərəstişkarlarına çoxlu həyəcanlı anlar yaşadan ikinici final görüşündə dəmiryolçular kubokun taleyini "qızıl hissədə" öz xeyirlərinə həll etdilər.
Birinci oyunda "Bakı"nı məğlubiyyətə uğradan (3:2) "Lokomotiv" finalın cavab matçının "əsas vaxtında" həmin hesabla uduzsa da, həlledici əlavə hissədə 15:13 hesabı ilə qalib gəlib fəxri mükafatı qazanmağı bacardı. Hər iki final görüşündə kubokun sahibinə layiqli müqavimət göstərən "Bakı"nın bu mötəbər yarışın gümüş mükafatçısı olması da Azərbaycan voleybolunun böyük müvəffəqiyyətidir.
Bir daha xatırıladaq ki, "Çellenc kuboku" turnirinin ötənilki finalında da Bakı komandaları qarşılaşmışdılar və onda qələbəni "Lokomotiv"dən üstün oyun nümayiş etdirən "Azərreyl" bayram etmişdi.
Dünya kubokuna vəsiqə
Bolqarıstanın Plovdiv şəhərində başa çatmış kişilər arasında şahmat üzrə 13-cü Avropa çempionatında Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərmişdir. Sonuncu, 11-ci turda rusiyalı Mixail Kobaliya ilə heç-heçə oynayan qrossmeysterimiz 7,5 xal toplayaraq 350 nəfərə qədər rəqib arasında 21-ci yeri tutmuş və daha 22 iştirakçı ilə birlikdə növbəti Dünya kuboku yarışına vəsiqə qazanmışdır.
Durarbəyli 8 xalla ikinci - üçüncü yerləri bölüşdürən Loran Fressine (Fransa) və Vladimir Malaxovdan (Rusiya) cəmi yarım xal geri qalmışdır. Çempionatın qızıl medalı isə finişə 8,5 xalla çatan Dmitri Yakovenkoya (Rusiya) təqdim olunmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında