İDMAN XƏBƏRLƏRİ (31.03.2012)

Cavab görüşünü gözləyək...
Avropa Voleybol Konfederasiyasının qadın komandaları arasında "Çellenc kuboku" turnirində Bakının "Lokomotiv" klubu fəxri mükafata bir addım da yaxınlaşmışdır. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən və gərgin mübarizə şəraitində davam edən Azərbaycan finalının birinci görüşündə tamaşaçılar "Lokomotiv"in paytaxtımızın digər komandası "Bakı" üzərində çətin qələbəsinin şahidi oldular- 3:2. Qarşıda bu rəqibləri aprelin 1-nə təyin edilmiş cavab matçı gözləyir. Lakin finalın ikinci hissəsində kimin qalib gələcəyindən asılı olmayaraq, kubokun sevincini ölkəmizin idman ictimaiyyəti yaşayacaq. "Çellenc kuboku" ardıcıl ikinci il Azərbaycan klubuna təqdim olunacaq. Xatırladaq ki, ötən il finalda "Azərreyl" voleybolçuları "Lokomotiv" üzərində qələbə qazanmışdılar. Bəs bu dəfə kubok kimin üzünə güləcək-"Lokomotiv"in, yoxsa, "Bakı"nın? Cavab görüşünü gözləyək...

{nl}


"Qarabağ" və Bakı üçlüyü
Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir finalın cavab görüşlərindən sonra fəxri mükafata iddiaçıların sayı ikiqat azalmışdır. İndi meydanda cəmi dörd komanda qalır. Bunlar "Qarabağ", "Neftçi", "İnter" və "Bakı" klublarıdır.
Aprelin 18-də və 25-də keçiriləcək yarımfinal görüşlərində Ağdam klubu "Bakı" ilə qarşılaşacaq, "Neftçi" isə "İnter"lə üz-üzə gələcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında