Bakının 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini dəstəkləmək üçün 100 mindən çox imza toplanmışdır

Beş gün ərzində Bakının 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini 100 mindən çox Azərbaycan vətəndaşı dəstəkləmişdir. 
İmzalar "Bakı-2020"-nin Təşkilat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən dəstək kampaniyası çərçivəsində toplanmışdır.
ATGTİ-nin mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, imzaların 40 mini Bakı şəhərinin, 60 mindən çoxu isə regionların payına düşür. Bununla kifayətlənməyən gənclər martın 31-dək müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində, paytaxtın ticarət mərkəzlərində, mərkəzi küçələrində və meydanlarında əhalinin kampaniyaya dəstəyini qazanmaq üçün səylərini davam etdirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında