İdman xəbərləri (16.03.2012)

"Çellenc kuboku" Azərbaycan finalına aparır
Avropa Voleybol Konfederasiyasının qadın komandaları arasında "Çellenc kuboku" yarışları çox güman ki, Azərbaycan finalı ilə əlamətdar olacaq. Belə qənaətə gəlməyə klublarımızın yarımfinal mərhələsinin ilk görüşlərində inamlı qələbələri ciddi əsas verir.
"Bakı" və "Lokomotiv" səfərdə oynamalarına baxmayaraq, özlərini evdəki kimi hiss etmiş və finalda bir-birinə rəqib olmaq üçün yaxşı zəmin yaratmışlar.
Paytaxtımızın eyniadlı komandası Almaniyada "Zulh" klubuna, "Lokomotiv" voleybolçuları isə Belçikada "Gent" komandasına bir hissədə belə sevinmək imkanı verməmişlər. Hər iki oyunda təmsilçilərimizin xeyrinə 3:0 hesabı qeydə alınmışdır.
İndi Azərbaycan klublarını final görüşündən cəmi bir qələbə ayırır. Əgər "Bakı" və "Lokomotiv" martın 18-də öz pərəstişkarları qarşısında keçirəcəkləri cavab matçlarında da qalib gəlməyi bacarsalar (buna ümidimiz böyükdür) finalda qarşılaşacaqlar və həlledici oyunun nəticəsindən asılı olmayaraq "Çellenc kuboku"nu Azərbaycan voleybolçuları öpüb başları üzərinə qaldıracaqlar.

{nl}

Qaliblərin yarım addımlığında
Azərbaycanlı qrossmeysterlər Qədir Hüseynov və Rauf Məmmədov Daşkənddə Georgi Aqzamovun xatirəsinə həsr edilən beynəlxalq turnirin finişində üç qalibdən cəmi yarım xal geri qalmışlar. Onlar daha bir qrup iştirakçı kimi 9 mümkün xaldan hərəyə 6,5 xal toplamışlar. Əlavə göstəricilərə görə Hüseynov dördüncü, Məmmədov isə səkkizinci yeri tutmuşlar.
Turnirin baş mükafatını 7 xalla Maksim Turov (Rusiya) qazanmışdır. İkinci-üçüncü yerlərə qaliblə eyni nəticə göstərən, lakin əlavə göstəricilərə görə ondan geri qalan Mixeil Mçedlişvili (Gürcüstan) və Anton Filippov ( Özbəkistan) sahib olmuşlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında