Bakının 2020 Olimpiya oyunlarına ev sahibliyinə namizədliyi üçün dəstək kampaniyasına başlanılmışdır

Bakı 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyinə iddia edən şəhərlər sırasındadır. Bakının namizədliyini dəstəkləmək üçün ölkə miqyasında kampaniyaya başlamışıq. Kampaniyanın məqsədi 2020 Olimpiya oyunlarında Bakının namizədliyinə dəstək olmaq üçün vətəndaşların imzalarını toplamaq və onların məlumatlılıq səviyyəsini artırmaqdır.
Bu sözləri "Trend" Xəbərlər Şirkətində keçirilən mətbuat konfransında "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva demişdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) bu kampaniyaya qoşulmasını yüksək qiymətləndirən K.Nurullayeva bildirmişdir ki, Olimpiya hərəkatına maraq göstərən gənclərin təşəbbüsü bizi sevindirir. Aparılan sorğuya görə, Olimpiya oyunlarının 2020-ci ildə paytaxtımızda keçirilməsini əhalinin 95 faizi dəstəkləyir.
Kampaniya çərçivəsində könüllülərin qüvvəsindən istifadə olunacağını söyləyən ATGTİ-nin sədri Şahin İsmayılov demişdir ki, bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq və yeni dostluq əlaqələrinin qurulmasına səbəb olacaqdır.
Tədbirdə Azərbaycanın Olimpiya çempionları Fərid Mansurov və Zemfira Meftahəddinova çıxış edərək "Bakı 2020" kampaniyasını dəstəklədiklərini bildirmişlər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında