İDMAN XƏBƏRLƏRİ (13.03.2012)

İki çempion, dörd bürünc mükafatçı
Azərbaycan güləşçiləri Serbiyanın paytaxtı Belqradda başa çatmış Avropa çempionatında iki qızıl və dörd bürünc medal qazanmışlar. Qitə birinciliyinə yunan-Roma üsulu ilə güləşənlərin turniri ilə yekun vurulmuşdur.
Finişə iki medalla çatan "klassiklərimizdən" ən böyük müvəffəqiyyətə 55 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Elçin Əliyev nail olmuşdur.
Bütün rəqiblərinə, o cümlədən ilk görüşdə erməni Roman Amoyana, finalda isə macarıstanlı Peter Modosa qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmiş və ikinci dəfə Avropa çempionu adını qazanmışdır. Onun komanda yoldaşı Şalva Qadabadze (96 kq) isə çıxışlarını bürünc mükafatla başa vurmuşdur.
Bu uğurlardan sonra Azərbaycan idmançılarının Belqrad xalçası üzərində qazandıqları medalların sayı altıya çatmışdır. Xatırladaq ki, Avropa çempionatında mübarizəyə birinci qoşulan sərbəst üsulla güləşənlərin yarışında Toğrul Əsgərov (60 kq) qızıl mükafatın sevincini yaşamış, Aleksandr Qostiyev (74 kq), eləcə də qadın güləşçilərimiz Sona Əhmədli (59 kq) və Nadejda Sementsova (67 kq) bürünc medala sahib olmuşdular.

{nl}


Avropa çempionatı finişin astanasında


Türkiyənin Qaziantep şəhərində qadın şahmatçıların Avropa çempionatı finişə yaxınlaşır. On bir turdan ibarət yarışın arxada qalan doqquz turunda Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Gülnar Məmmədova göstərmişdir.
Doqquzuncu turda serbiyalı Nataşa Boykoviç üzərində qələbə qazanan Məmmədova xal ehtiyatını 5,5-ə çatdıraraq, turnir cədvəlində 18-ci pilləyə yüksəlmişdir. Avropa çempionatında 1-14-cü yerləri tutan iştirakçılar növbəti Dünya kuboku yarışına vəsiqə qazanacaqlar. Gülnar bu məqsədə çatmaq üçün son iki turdan mümkün qədər çox fayda götürməlidir. Dünən axşam keçirilən onuncu turda Azərbaycan şahmatçısını rusiyalı Aleksandra Kostenyuk ilə görüş gözləyirdi. Məmmədovadan yarım xal geri qalan Zeynəb Məmmədyarova isə bu turda Meri Arabidze (Gürcüstan) ilə qarşılaşmışdır. Doqquz turdan sonra turnir cədvəlinə 7,5 xala malik sloveniyalı Anna Muziçukun başçılıq etdiyini də qeyd edək.

{nl}

Qəbələdə gözlənilməz hesab
Əlbəttə, Qəbələdə eyniadlı yerli klubun Azərbaycan milli futbol çempionatının turnir cədvəlinə başçılıq edən "Neftçi" üzərində qələbəsini sensasiya adlandırmaq olmaz. Lakin görüşdə qeydə alınmış hesab gözlənilməz olmuşdur. "Qəbələ" ilkin mərhələnin yekunlarına görə ən yaxşı altı komandanın final turnirinin startında lideri ağır məğlubiyyətə uğratmışdır -4:1
"Qarabağ" və "İnter" də həlledici oyunlara inamla başlamışlar. Ağdam komandası "Xəzər-Lənkəran"a qalib gəlmiş, "İnter" isə baş məşqçisi latviyalı mütəxəssis Aleksandr Starkovla yollarını ayıran "Bakı"nı məyus etmişdir. Hər iki oyunda hakimlər 1:0 hesabı qeydə almışlar.
İkinci altılıq komandalarının görüşləri isə belə nəticələnmişdir: "Sumqayıt" - "Rəvan" - 0:1, "Turan"-"AZAL"-3:0, "Simurq"-"Kəpəz" -1:1.
İyirmi üç turdan sonra vahid lider mövqeyində olan "Neftçi"nin 49 xalı vardır. Onun ən yaxın izləyicisi "İnter" 48, üç-dördüncü pillələrdə irəliləyən "Qarabağ" və "Xəzər-Lənkəran" hərəyə 44 xal toplamışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında