Səbaildə idman bayramı

"İdman ili" ilə bağlı tədbirlər çərcivəsində Bakının mərkəzi rayonu olan Səbaildə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əl Oyunları Sarayında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş böyük bədii-kütləvi idman tədbiri keçirilmişdir. 
Əvvəlcə bayramsayağı bəzədilmiş Əl Oyunları Sarayının foyesində gənc şahmatçılar və damaçılar yarışmışlar. Tədbir Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Sonra vals musiqisi sədaları altında idman-bal rəqsləri klublarının cütlükləri rəqs etmişlər. "Attila" İdman Klubu cüdoçuları, peşəkar "Rabitə" klubunun voleybolçuları, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Gimnastika Məktəbinin gimnast qızları və akrobatika gimnastları, "Təbəssüm" rəqs qrupunun üzvləri tamaşaçılar qarşısında məharətlərini göstərmişlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları tədbiri daha rəngarəng etmişdir.
Bayramın rəsmi hissəsini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5 Mart Bədən Tərbiəsi və İdman Günü münasibətilə gəncləri və bütün idmansevərləri təbrik etmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə qayğı günü-gündən artmaqdadır. Ulu öndər Heydər Əliyev gənclərin idmanla məşğul olmalarını həmişə dəstəkləmiş, idmançıların beynəlxalq yarışlarda uğur qazanmaları üçün bir çox işlər görmüşdür. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirmişdir.
Bildirilmişdir ki, Azərbaycanda həyatın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. İqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayıb. Olimpiya idman kompleksləri, müxtəlif idman arenaları və bazalar ölkədə həyata keçirilən nəhəng infrastruktur yaradılması siyasətinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində 30-dan çox belə müasir kompleks inşa edilərək idmançılarımızın ixtiyarına verilib.
Dövlət başçısı tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması cəmiyyətin fiziki kamilləşməsinə istiqamətlənən bu siyasətin məqsədyönlü aparıldığını göstərir. Bu gün Azərbaycan idman ictimaiyyətinin qarşısında növbəti məqsəd durur - 2020-ci il Olimpiya Oyunlarını qəbul etmək. Dünya, Avropa çempionatlarını, A kateqoriyalı beynəlxalq yarışları uğurla qəbul edən ölkəmiz artıq idman sahəsində Avropanın mərkəzlərindən biridir. Həyata keçirilən və nəzərdə tutulan nəhəng infrastruktur layihələri ölkəmizin Olimpiya Oyunlarını qəbul etmək iddiasını gücləndirir. Bu işlərdə Səbail rayonunun gəncləri, idmançıları və ictimaiyyəti ölkə başçısının ən yaxın köməkçisi olacaqlar.
Tədbirdə idmanda fərqlənən bir qrup səbailli gəncə və idman məşqçisinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Mərasim respublikamızın populyar incəsənət işçilərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında