İdman xəbərləri (23.02.2012)

Ustalara layiqli ehtiyat qüvvə yetişir

{nl}

Şağan Olimpiya İdman Kompleksində gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə yekun vurulmuşdur. Beynəlxalq dərəcəli hakim Vaqif Gözəlov bu yarış haqqında redaksiyamıza aşağıdakını bildirdi:
- Ölkə birinciliyində Azərbaycanın müxtəlif şəhər və rayonlarını, idman cəmiyyətləri və klublarını təmsil edən 48 komandanın tərkibində 200-ə qədər iştirakçı mübarizə aparırdı. Onların bir çoxu yüksək səviyyədə təşkil edilən turnirdə yaxşı hazırlığı ilə fərqləndi. Rinqdə gərgin döyüşlər göstərdi ki, usta boksçularımıza layiqli ehtiyat qüvvə yetişir. "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin yetirmələrini xüsusi qeyd etmək olar. On çəki dərəcəsindən beşində fəxri kürsünün ən yüksək pilləsinə məhz onlar qalxdılar. Bunlar Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Məmmədəli Tayırovdur (91 kq-dan yuxarı).
Qalan beş çəki dərəcəsində isə qələbəni Natiq Kazımov (49 kq, "Qızıl əlcək" idman klubu), Murad Alıyev (52 kq, "Təhsil"), İman Əhmədov (60 kq, "Gömrükçü"), Sağı Salehli (69 kq, "Rabitə") və Teyfur Məmmədli (91 kq, Daxili İşlər Nazirliyinin idman cəmiyyəti) bayram etdilər.
Ölkə çempionatında fərqlənən boksçular Azərbaycan yığma komandası heyətində təlim-məşq toplanışına cəlb ediləcəklər. Birinciliyin ən güclü iştirakçılarını qarşıda bir sıra məsul yarışlar gözləyir.

{nl}

Avropa çempionları Qaziantep və Plovdivdə müəyyənləşəcək
Martın birinci yarısında Türkiyənin Qaziantep şəhərində keçiriləcək qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatında Azərbaycanın bir qrup təmsilçisi də mübarizə aparacaq. Çempionatın saytında verilmiş iştirakçıların siyahısında Zeynəb və Türkan Məmmədyarovaların, Gülnar Məmmədova, Nərmin Kazımova, Xəyalə İsgəndərova, Nərgiz Umudova və daha yeddi şahmatçımızın adları yer almışdır.
On bir turdan ibarət turnir martın 2-də starta çıxıb, 13-də finişə çatacaq. Martın 8-də Beynəlxalq - Qadınlar Günündə yarış iştirakçıları istirahət edəcəklər.
Təşkilatçılar çempionat üçün 100 min avro məbləğində mükafat fondu təsis etmişlər. Avropa çempionu 20.500, gümüş mükafatçı 15,500, bürünc medalın sahibi 11,500 avro qazanacaq. Hətta 14-cü yer üçün də mükafat nəzərdə tutulmuşdur - 2400 avro.
Klassik şahmatda çempion və mükafatçılar məlum olduqdan sonra rəqiblər sürətli şahmatda qalibləri müəyyənləşdirəcəklər. Martın 15-16-da rapid, sonrakı iki gündə isə blits turnirləri keçiriləcəkdir.
Əlavə edək ki, kişi şahmatçıların da Avropa çempionatı yaxınlaşmaq üzrədir. Onların turnirinə martın 19-da Bolqarıstanın Plovdiv şəhərində start veriləcək. On üçüncü dəfə keçiriləcək qitə birinciliyinə aprelin 1-də yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında