İdman xəbərləri (21.02.2012)

Elnur Məmmədli: növbəti medal və daha 80 xal
İyulun sonu - avqustun əvvəllərində Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına lisenziyanı özünə təmin etmiş Pekin Olimpiadasının çempionu Elnur Məmmədli daha bir medalın sevincini yaşamışdır. Azərbaycanda cüdonun lideri Almaniyanın Düsseldorf şəhərində yenicə başa çatmış "Qran-Pri" turnirində 81 kq çəki dərəcəsində üçüncü yeri tutmuşdur.
Tatami ustamızın bürünc medalı ona daha 80 reytinq xalı qazandırmışdır. Elnurun bu müvəffəqiyyəti, eləcə də müvafiq surətdə 73 və 90 kq çəki dərəcələrində beşinci yeri tutan Rüstəm Orucovla Elxan Məmmədovun öz reytinqlərini hərəyə daha 40 xal artırmaları sayəsində Azərbaycan yığması komanda hesabında 90-a qədər ölkə arasında 16-cı olmuşdur.

{nl}

Məğlubiyyətdən sonra qələbə
Azərbaycanın qadınlardan ibarət milli xokkey komandası bu günlər ölkəmizdə qonaq olan Rusiya yığmasına qarşı keçirildiyi ikinci yoldaşlıq görüşündə daha fəal və məhsuldar oyun nümayiş etdirərək inamlı qələbə qazanmışdır. Bunu matçın hesabı da sübut edir - 4:2. İlk oyunda isə Rusiya xokkeyçilərinin xeyrinə 1:0 hesabı qeydə alınmışdı.
Xatırladaq ki, bu görüşlər olimpiya seçmə turnirinə hazırlıq xarakteri daşıyır. Azərbaycan komandasının iştirakı ilə keçiriləcək lisenziya turnirinə aprelin 25-də Yaponiyada start veriləcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında