idman xəbərləri (18.02.2012)

Rusiya yığması Bakıda

{nl}


Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyevin redaksiyamıza bildirdiyi kimi, Rusiyanın qadınlardan ibarət milli komandası bu günlər paytaxtımızın qonağıdır. Səfərdən məqsəd olimpiya seçmə turnirinə hazırlıq proqramı çərçivəsində paytaxtımızda təlim-məşq toplanışı və Azərbaycan komandası ilə yoldaşlıq görüşləri keçirməkdir.
Xatırladaq ki, yığmamız da London Olimpiadasına lisenziya qazanmaq əzmindədir. Bizim xokkeyçilər seçmə turnirin görüşlərini Yaponiyada keçirəcəklər. Orada onların rəqibləri meydan sahibləri ilə yanaşı Malayziya, Belarus, Avstriya və Çili kollektivləri olacaq. Turnirin qalibi İngiltərə paytaxtına vəsiqə qazanacaqdır. Azərbaycan yığması ilk oyunu aprelin 25-də Malayziya komandasına qarşı keçirəcəkdir. Yarışa mayın 5-də yekun vurulacaqdır.

{nl}


Tatami ustaları üçün daha bir "Qran-Pri"
Ölkəmizin bir qrup cüdoçusu Almaniyanın Düsseldorf şəhərində növbəti "Qran-Pri" turnirində mübarizə aparacaq. Bu gün starta çıxacaq yarışda Azərbaycanı İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.
Turnir iştirakçılarını medallarla yanaşı, XXX Yay Olimpiya Oyunlarına lisenziya xalları da gözləyir. Öz çəki dərəcələrində birinci yeri tutan cüdoçular 200 reyqinq xalı qazanacaqlar.

{nl}


Məmmədyarov, İvançuk, Morozeviç...
Latviyanın Yurmala şəhərində qrossmeyster Vladimir Petrovun xatirəsinə həsr olunmuş sürətli şahmat üzrə seçmə turnirinə start verilmişdir. Doqquz turdan ibarət yarışın dörd qalibi final mərhələsinə vəsiqə qazanacaq.
Bu barədə məlumat verən e3e5 saytının yaydığı xəbərdə həmçinin bildirilir ki, final turnirində onlara daha dörd iştirakçı qoşulacaq. Bunlar Yurmalaya fərdi surətdə dəvət olunmuş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, ukraynalı Vasili İvançuk, rusiyalı Aleksandr Morozeviç və meydan sahibi rolunda çıxış edən Aleksey Şirovdur. Dairəvi sistem üzrə keçiriləcək final turnirinin qalibi fevralın 19-da məlum olacaq.

{nl}


Oyunlar saat neçədə başlanacaq?
Qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirində Azərbaycan klublarının dörddəbir final görüşlərinin keçiriləcəyi günlər məlum olduqdan sonra onların başlanma vaxtı da dəqiqləşdirilmişdir.
Fevralın 22-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək "Rabitə" - "Fənərbaxça" (Türkiyə) matçı saat 17-yə təyin edilmişdir. Həmin gün Kazanda "Dinamo"(Rusiya) - "Azərreyl" görüşü saat 20-də başlanacaq.
Cavab oyunlarının başlanma vaxtı isə belədir: 28 fevral. 18:00. "Azərreyl" - "Dinamo". 29 fevral. 21:30. "Fənərbaxça" - "Rabitə".

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında