İdman xəbərləri (14.02.2012)

Avstriyadan gümüş medalla

{nl}

Azərbaycan cüdoçusu İlqar Muşkiyev Avstriyanın Obervart şəhərində başa çatmış Dünya kuboku turnirinin gümüş mükafatçısı olmuşdur. 
Finala aparan yolda Avstriya, Bolqarıstan, İsveçrə və Koreya idmançılarını məğlubiyyətə uğradan həmyerlimiz yalnız həlledici görüşdə Gürcüstan təmsilçisinə uduzaraq 60 kq çəki dərəcəsində ikinci yeri tutmuş və özünün reytinq xalları ehtiyatını bir qədər də artırmışdır.
Muşkiyevin bu müvəffəqiyyəti, eləcə də Elmar Qasımovun (100 kq) yeddinci yeri tutması Azərbaycan yığmasına komanda hesabında çıxışlarını səkkizinci pillədə başa vurmaq imkanı vermişdir.

{nl}

Superliqada "Bakı" liderdir
Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında səkkizinci turun görüşləri belə nəticələnmişdir: "Azəryolservis" - "İqtisadçı" - 1:3, "Bakı" - "Lokomotiv" - 3:1, "Lokomotiv Biləcəri" - "Azərreyl" - 0:3.
Bu turdan sonra turnir cədvəlinə "Bakı" başçılıq edir. Lider yeddi görüşdə 12 xal toplamışdır. İkinci pillədə irəliləyən "Azərreyl"in altı oyundan sonra 11 xalı vardır. Üçüncü yeri tutan "Rabitə" beş görüşdə 10 xal qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında