İdman xəbərləri. Azərbaycan klubları yarımfinalın astanasında

Qadın voleybol klubları arasında Çempionlar Liqası turnirində və "Çellenc koboku" yarışlarında mübarizə aparan Azərbaycan komandaları məqsədə doğru daha bir inamlı addım atmışlar. İndi bu turnirlərin hərəsində iki təmsilçimizi yarımfinaldan cəmi bir mərhələ ayırır.
Liqanın səkkizdəbir finalında İsveçrənin "Volero" klubunun öhdəsindən asanlıqıla gələn (3:1 və 3:0) "Azərreyl"dən sonra "Rabitə" də dörddəbir finala vəsiqənin taleyini öz xeyrinə həll etdi. Bakılılar səkkizdəbir finalın ilk oyununda Polşada "Atom" komandasına uduzsalar da, paytaxtımızda bu uğursuzluğun əvəzini artıqlaması ilə çıxmağı bacardılar. Əsas vaxtda 3:1 hesabı ilə qələbə qazanan voleybolçularımız "qızıl hissədə" rəqiblərinə heç bir ümid yeri qoymadılar - 15:6.
Dörddəbir finallar voleybol pərəstişkarlarına daha maraqlı və gərgin mübarizə vəd edir. Yarımfinalın astanasında "Azərreyl"i Rusiyanın "Dinamo" (Kazan) komandası ilə iki görüş gözləyir, "Rabitə" isə "Fənərbaxça" (Türkiyə) ilə qarşılaşacaq.
"Çellenc kuboku" turnirindəki təmsilçilərimiz də səkkizdəbir final mərhələsində elə bir çətinliklə üzləşməmişlər. "Bakı" Xorvatiyanın "Riyeka" klubunu, "Lokomotiv" isə Serbiyanın "Vizura" komandasını hər iki oyunda məğlubiyyətə uğratmışlar. Dörddəbir finalda bu klublarımızın rəqibləri müvafiq surətdə "Omiçka" (Rusiya) və "Kralovo pole" (Çexiya) komandaları olacaq.

{nl}

Liderlərin yarım addımlığında
Moskvada keçirilən və mükafat fondu 150 min avro olan "Aeroflot Open" beynəlxalq şahmat festivalı proqramında ən nüfuzlu yarış - "A"turnirinin ilk üç turunda azərbaycanlı qrossmeysterlər arasında ən yaxşı nəticəni Eltac Səfərli göstərmişdir. İlk iki görüşdə rəqibləri ilə heç-heçəyə razılaşan təmsilçimiz üçüncü turda Hindistan şahmatçısına qalib gələrək xal ehtiyatını 2-yə çatdırmışdır.
Rauf Məmmədov və Qədir Hüseynov isə hələlik qələbələrinin hesabını aça bilməmişlər. Onlar hərəyə iki heç-heçədən sonra üçüncü turda məğlubiyyətə uğramış və yalnız 1 xal toplaya bilmişlər.
Üç turdan sonra turnir cədvəlinə başçılıq edən italiyalı Fabiano Karuananın 2,5 xalı vardır. Daha yeddi rəqib onunla eyni nəticə göstərmişdir. Liderlərdən yarım xal geri qalan Səfərlini dördüncü turda gürcüstanlı Baadur Cobava ilə görüş gözləyirdi. Xatırladaq ki, "Aeroflot Open"in qalibi 20 min avro və iyulda Dortmundda (Almaniya) keçiriləcək superturnirə vəsiqə qazanacaq.
***
4-cü tur Səfərli -Cobava-1:0.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında