"Aeroflot Open"in qalibi Dortmunda uçacaq

Dünən axşam Moskvada "Aeroflot Open" beynəlxalq şahmat festivalının açılış mərasimi olmuşdur. Sayca 11-ci dəfə keçirilən bu festival üç turniri ( "A", "B", "C") və blits yarışını özündə birləşdirir. Festivalın ən nüfuzlu-A turnirində 77 iştirakçı, o cümlədən 75 qrossmeyster mübarizə aparacaq. Onlardan üçü Azərbaycan şahmat məktəbinin yetirmələri Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərlidir. "B" turnirində isə ölkəmizi qrossmeyster Namiq Quliyev təmsil edəcək. Təşkilatçılar festival üçün 150 min avro məbləğində ümumi mükafat fondu təsis etmişlər. "A" turnirinin qalibi 20 min avro qazanacaq. Bu yarışın ən yaxşı iştirakçısı həm də iyul ayında Almaniyanın Dortmund şəhərində keçiriləcək superturnirə dəvət olunacaq.
Doqquz turdan ibarət "Aeroflot Open" festivalında ilk görüşlər bu gün oynanılacaq. Qalib və mükafatçılar isə fevralın 15-də məlum olacaq. Fevralın16-da blits yarışı keçiriləcək.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında