İdman xəbərləri. Superturnir finişə yaxınlaşır

Hollandiyanın Veyk-an-Zeye şəhərində 14 qrossmeysterin iştirakı ilə keçirilən superturnir tədricən finişə yaxınlaşır. Onun iştirakçıları birgünlük istirahətdən sonra doqquzuncu turun görüşlərində "munasibətləri aydınlaşdırmışlar". Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov bu turda müvafiq surətdə Qata Kamski (ABŞ) və David Navara (Çexiya) ilə heç-heçə oynamışlar.
Doqquz turdan sonra 5,5 xala malik Rəcəbov norveçli Maqnus Karlsen və ukraynalı Vasili İvançukla iki-dördüncü yerləri bölüşdürürdü. Bu üçlük birinci pillədə olan Levon Aronyandan (Ermənistan) 1 xal geri qalırdı. Beşinci yeri tutan Hikaru Nakamuranın (ABŞ) 5 xalı var idi. Həşimov isə 3,5 xal toplamışdı.
Dünən axşam keçirilən onuncu turda Teymur hollandiyalı Lük van Veliyə qarşı oynamış, Həşimov isə israilli Boris Gelfandla görüşmüşdür.
Bu gün qrossmeysterlər tunrirdə sonuncu dəfə istirahət edəcəklər. Son üç turun görüşləri isə yanvarın 27-29-na təyin edilmişdir. Superturnirdən mükafatla qayıtmaq imkanını özündə saxlayan Rəcəbov finişdə Həşimov, İvançuk və Aronyanla görüşəcək.

{nl}

Məmmədyarov qələbə ilə başladı
Qrossmeyster Şəhriyar Məmmədyarov (2747) Cəbəllütariqdə beynəlxalq şahmat festivalının "Gibraltar Masters" turnirinə qələbə ilə başlamışdır. Azərbaycan təmsilçisi birinci turda qara fiqurlarla braziliyalı Roberto Molinaya qalib gəlmişdir.
Ümumi mükafat fondu 150 min funt sterlinq olan festivalın əsas turnirində 250-yə qədər rəqib çıxış edir. Məmmədyarov iştirakçıların siyahısında reytinqə görə rusiyalı Petr Svidlerdən (2749) sonra ikincidir. Yarışın mükafatları uğrunda həmçinin Maykl Adams (İngiltərə, 2724), macarlar Zoltan Almaşi (2717), Yudit Polqar (2710), Aleksey Şirov (Latviya, 2710), Viktor Lazniçka (Çexiya, 2704), Emil Sutovski (İsrail, 2703) kimi tanınmış şahmatçılar mübarizə aparırlar.
Dünən axşam ikinci turun görüşləri keçirilmişdir. Məmmədyarov bu dəfə ağlarla israilli Tamir Nabatiyə qarşı oynamışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında