İdman xəbərləri. Kazana, lisenziya turnirinə

Azərbaycanın iki taekvondoçusu 80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Təvəkkül Bayramov və Günay Ağakişiyeva (57 kq) məsul yarış ərəfəsindədirlər. Onları yanvarın 27-də Rusiyanın Kazan şəhərində başlanacaq Avropa miqyaslı lisenziya turniri gözləyir. Təmsilçilərimiz XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün Tatarıstan paytaxtında çıxışlarını öz çəki dərəcələrində mükafatçılar sırasında başa vurmalıdırlar.
Əgər Bayramov və Ağakişiyeva bu məqsədə çatmağı bacarsalar, London Olimpiadasında Azərbaycanın şərəfini qoruyacaq taekvondoçuların sayı bir qədər də artar. Xatırladaq ki, bu növ üzrə iki idmançımız Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) artıq İngiltərə paytaxtında olimpiya medalları uğrunda mübarizə aparmaq hüququnu özlərinə təmin etmişlər.

{nl}

Şahmatçıların Azərbaycan çempionatı
Bu yaxınlarda Azərbaycan çempionatının qalib və mükafatçılarını müəyyənləşdirmiş qadın şahmatçılardan sonra onların kişi həmkarları da ölkə çempionatında mübarizəyə başlamışlar. Turnirdə on rəqib, o cümlədən yeddi qrossmeyster iştirak edir.
İlk iki turda ən yaxşı nəticəni Kənan İzzət, Azər Mirzəyev və Vüqar Rəsulov göstərmişlər. Liderlər hərəyə 1,5 xal toplamışlar.
Dünən üçüncü turun görüşləri keçirilmişdir. Çempionata yanvarın 30-da doqquzuncu turun oyunları ilə yekun vurulacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında