Fasiləyə qələbə və heç-heçə ilə

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən XXI kateqoriyalı superturnirin iştirakçıları səkkizinci turun görüşlərini oynayıb bu yarış ərzində ikinci dəfə istirahətə çıxmışlar. Tur Vüqar Həşimov üçün uğurlu olmuşdur. Azərbaycan şahmatçısı qaralarla hollandiyalı Aniş Girini məğlubiyyətə uğdararaq nəhayət turnirdə ilk qələbəsini qazanmışdır. Yeri gəlmişkən, yarışın təşkilatçıları bu oyunu səkkizinci turun ən yaxşı görüşü hesab etmişlər.
Digər qrossmeysterimiz, hələlik bir dəfə də uduzmayan Teymur Rəcəbov isə hesabat turunda Maqnus Karlsenlə (Norveç) qarşılaşmış və 44 gedişdən sonra heç-heçəyə razılaşmışdır.
Finişə beş tur qalmış ilk iki yeri tutan Karlsenlə Levon Aronyanın (Ermənistan) hərəyə 5,5 xalı vardır. Üçüncü pillədə irəliləyən Rəcəbov 5 xala malikdir. Dörd-altıncı yerləri Vasili İvançuk (Ukrayna), Fabiano Karuana (İtaliya) və Hikaru Nakamura (ABŞ) bölüşdürürlər. Onlar 4,5 xal toplamışlar. Həşimov 3 xalla 12-ci pillədədir.
On dörd rəqibin mübarizə apardığı turnirdə dünən istirahət günü idi. Bu gün keçiriləcək doqquzuncu turda Rəcəbov qaralarla Qata Kamskiyə (ABŞ) qarşı oynayacaq, Həşimov isə ağlarla çexiyalı David Navaranı sınağa çəkəcək.
Bu xəbərə onu da əlavə edək ki, Azərbaycan şahmat məktəbinin daha bir yetirməsi qrossmeyster Nicat Məmmədov Çexiyanın paytaxtı Praqada başa çatmış beynəlxalq turnirdə 9 mümkün xaldan 7,5 xal toplayaraq 140 iştirakçı arasında birinci yeri tutmuş və baş mükafata sahib olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında