Azərbaycan Prezidentinin idmana qayğısı yüksək qiymətləndirildi AFFA və FİFA prezidentləri arasında görüş keçirilib

AFFA prezidenti Rövnəq Abdullayev ilə FİFA prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilmişdir. Son illər ölkəmizdə futbolun inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən AFFA prezidenti bu sahəyə dövlət başçısının qayğısını xüsusilə qeyd etdi. 
Bildirdi ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və kömək göstərən respublika Prezidenti İlham Əliyevin göstərişi sayəsində son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Dövlət başçısı və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməlqoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki "Dalğa arena"nın açılışında isə siz də iştirak etdiniz.
İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatının yüksək səviyyədə təşkili üçün mütəmadi işlərin görüldüyü FİFA prezidentinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, Azərbaycan Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, mütəmadi tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə əyani surətdə tanış olur.
Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin "İdman ili" elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Qarşıdakı çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, onun tövsiyələrinə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq.
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırıldı. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olundu. Azərbaycanda 17 yaşadək qadınlar arasında keçiriləcək dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qaldığını deyən FİFA prezidenti Yozef Blatter qeyd etdi ki, mən buna əvvəlcədən də əmin idim. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusən də futbola olan sevgisini və onun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir.
Qeyd olundu ki, dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığımızı bir daha təsdiqləyir.
FİFA prezidenti Yozef Blatterin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən AFFA prezidenti Rövnəq Abdullayev onu dünya çempionatının təntənəli açılış mərasiminə dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfərini nəzərdə tutduğunu bildirdi.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirdilər.

{nl}

Mikayıl NƏRİMANOĞLU, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında