Azərbaycan əhalisinin 95 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir

Dünyanın aparıcı araşdırma şirkətlərindən olan "TNS Global"ın keçirdiyi rəy sorğusu Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar etmişdir. 
2011-ci ilin dekabrında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.
Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50 faizi Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin 30 faiz iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək verməyə hazır olduqlarını bildirmişdir. Aparılmış sorğuya münasibət bildirən "Bakı-2020" Təşkilat Qrupunun icraçı direktoru Könül Nurullayeva demişdir ki, Azərbaycan xalqı yekdilliklə Bakının Olimpiya Oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəsi, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyur. Paytaxtımızın 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəməsinin səbəblərinə toxunan K.Nurullayeva vurğulamışdır ki, məqsədimiz yalnız Olimpiya Oyunlarının dünyanın ən möhtəşəm tədbiri kimi Bakıda keçirilməsi deyildir. Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi ölkəmizə özünün böyük idman potensialını həyata keçirmək, Azərbaycanda idmanın, həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar. Ölkəmizin çox gənc əhalisi vardır. Əhalimizin 50 faizindən çoxu 30 yaşdan aşağı olan gənclərdir. Olimpiya Oyunları vasitəsilə biz hamımız - milyonlarla gənc idmançılarımızın uğurlarını artıra bilərik, komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növlərini Azərbaycana gətirərik. Ev sahibliyinə namizədliyimiz uğurlu olarsa, biz Olimpizm dəyərlərini bütün regiona yaymış olarıq. Bu, idman cəmiyyətimizin inkişafında mühüm rol oynayar. 2012-ci ilin mayında Beynəlxalq Olimpiya Komitəsinin İcra Komitəsi 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi seçiminə qatılacaq rəsmi namizəd şəhərlərin adlarını elan edəcəkdir. Rəsmi namizəd şəhərlər siyahısına düşmək üçün Bakının rəqibləri Tokio, Madrid, İstanbul, Roma və Dohadır. Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin yekun seçimi isə gələn il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə keçiriləcək 125-ci iclasında olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında