İdman xəbərləri.Səkkizdəbir final görüşlərini gözləyək...

Səkkizdəbir final görüşlərini gözləyək...
Bakının hər iki komandası qadın voleybol klubları arasında Çempionlar Liqası turnirinin qrup mərəhələsinin sonuncu, altıncı turunu inamlı qələbə ilə başa vurmuşdur. "Azərreyl" öz pərəstişkarları qarşısında "Konstanta"nı (Rumıniya), "Rabitə" isə Fransada "Mulhauz"u 3:0 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Buna baxmayaraq, Azərbaycan paytaxtı voleybolçuları öz qruplarından pley-off mərhələsinə ikinci yerin sahibləri kimi vəsiqə qazanmışlar. "Rabitə"nin çıxış etdiyi "B" qrupunun qalibi Türkiyənin "Fənərbaxça" komandası olmuş, "Azərreyl"in yarışdığı "D" qrupunda isə birinci yeri qardaş ölkənin digər təmsilçisi "Vakifbank" tutmuşdur.
İndi qarşıda 16 komandanın mübarizə aparacağı səkkizdəbir final mərhələsi durur.

{nl}

Gelfand və Topalovla heç-heçə
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən XXI kateqoriyalı superturnirin iştirakçıları dördüncü turla yarış məsafəsinin üçdəbir hissəsini geridə qoymuşlar. Bu turda Azərbaycan şahmatçıları qaralarla oynamış və hərəyə yarım xal qazanmışlar. Teymur Rəcəbov israilli Boris Gelfandla, Vüqar Həşimov isə bolqar Veselin Topalovla heç-heçəyə razılaşmışlar.
Dörd turdan sonra ilk iki yeri 3 xala malik Maqnus Karlsen (Norveç) və Levon Aronyan (Ermənistan) tuturlar. Üçüncü-dördüncü pillələrdə irəliləyən Rəcəbov və Fabiano Karuana (İtaliya) 2,5 xal toplamışlar. Həşimovun 1,5 xalı vardır.
Dünən keçirilən beşinci turda Rəcəbov Topalovla, Həşimov isə ukraynalı Vasili İvançukla görüşmüşlər. Hər iki qrossmeysterimiz ağ fiqurlarla oynamışdır.

{nl}

Məmmədyarova bacılarının müvəffəqiyyəti

Qadınlar arasında şahmat üzrə ölkə çempionatı Türkan Məmmədyarovanın qələbəsi ilə başa çatmışdır. Çempion 12 rəqibin mübarizə apardığı yarışı 11 mümkün xaldan 8,5 xalla başa vurmuşdur.
Gümüş mükafata isə Zeynəb Məmmədyarova sahib olmuşdur. O, bacısından yarım xal geri qalmışdır.
İki iştirakçı Gülnar Məmmədova və Xəyalə İsgəndərova hərəyə 7,5 xal toplamışlar. Əlavə göstəricilərə görə üçüncü yeri Məmmədova tutmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında