Teymur Rəcəbov superturnirdə qələbələrinin hesabını açdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən superturnirdə qələbələrinin hesabını açmışdır. Startda ardıcıl iki heç-heçədən sonra qrossmeysterimiz üçüncü turda çexiyalı David Navaranı sınağa çəkmiş və ilk qələbə sevinci yaşamışdır. Vüqar Həşimov isə Lük van Veli (Hollandiya) ilə görüşdə heç-heçəyə razılaşmışdır.
Rəcəbov - Navara görüşü kimi, turun daha iki oyunu məhsuldar olmuşdur. Sergey Karyakin (Rusiya) hollandiyalı Aniş Giriyə, Maqnus Karlsen (Norveç) isə Levon Aronyana (Ermənistan) qalib gəlmişlər.
Üç turdan sonra 2,5 xala malik Karlsen vahid liderdir. İkinci-dördüncü yerləri hərəyə 2 xal toplayan Rəcəbov, Aronyan və italiyalı qrossmeyster Fabiano Karuana tuturlar. Həşimovun 1 xalı vardır.
Dünən axşam keçirilən dördüncü turda Teymuru mayda Moskvada təşkil olunacaq şahmat tacı uğrunda matçda hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anandın rəqibi israilli Boris Gelfand ilə görüş gözləyirdi, Həşimov isə keçmiş dünya çempionu Veselin Topalova (Bolqarıstan) qarşı oynamağa hazırlaşırdı. Üçüncü turda Gelfand - Topalov görüşünün heç-heçə nəticələndiyini də qeyd edək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında