İdman xəbərləri (14.01.2012)

Futzal ustalarının ənənəvi turniri
Bakı İdman Sarayında beynəlxalq futzal turniri start ərəfəsindədir. Türkiyə, Ukrayna və Özbəkistan milli komandaları Azərbaycan yığmasının qonağıdırlar.
Turnir bu gün saat 17-də Ukrayna-Türkiyə görüşü ilə başlanacaq. Bundan iki saat sonra isə meydana Azərbaycan və Özbəkistan komandaları çıxacaqlar. Futzal ustalarımız növbəti iki turun oyunlarını sabah ukraynalı, yanvarın 16-da isə türkiyəli rəqiblərinə qarşı keçirəcəklər.

{nl}

Altı turdan sonra
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında altı turdan sonra turnir cədvəlinə iki iştirakçı Gülnar Məmmədova və Xəyalə İsgəndərova başçılıq edirlər. Liderlər hərəyə 5 xal toplamışlar. Üçüncü yeri tutan Türkan Məmmədyarovanın 4,5 xalı vardır.
Altıncı turda Məmmədova Xəyalə Abdulla ilə heç-heçə oynamış, İsgəndərova Zeynəb Məmmədyarovaya qalib gəlmiş, Türkan isə Ülviyyə Fətəliyevanı məğlubiyyətə uğratmışdır.
Çempionatın medalları uğrunda 12 şahmatçı mübarizə aparır. Dünən rəqiblər yeddinci turun görüşlərində qarşılaşmışlar.

{nl}

Liderlərin yarım addımlığında
Azərbaycan şahmatçısı Azər Mirzəyev İspaniyanın Sevilya şəhərində keçirilən beynəlxalq turnirdə altı görüşdə 5 xal toplamışdır.
Təmsilçimiz 5,5 xalla turnir cədvəlinin ilk beş pilləsində irəliləyən Xorvatiya, Hollandiya, İspaniya, Almaniya və İngiltərə şahmatçılarından yarım xal geri qalır. Turnirdəki digər həmyerlimiz Bəhruz Rzayevin isə 3,5 xalı vardır.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında