Vüqar Həşimov Pekindən iki medalla qayıdır

Azərbaycan şahmatçısı Vüqar Həşimov Pekində Ümumdünya intellektual oyunları proqramı çərçivəsində keçirilən yarışlarda daha bir medal qazanmışdır. 
Bundan əvvəl sürətli şahmatın rapid növü üzrə turnirin gümüş mükafatçısı olmuş qrossmeysterimiz "gözübağlı" oyunda da inamla çıxış edərək 7 mümkün xaldan 5 xalla üçüncü yeri tutmuşdur.
Bu turnirin macarıstanlı qalibi Zoltan Almaşi və fransız Maksim Vaşye-Laqrav da Həşimovla eyni nəticə göstərmişlər. Vüqar yalnız əlavə göstəricilərə görə onlardan geri qalmışdır. Turnirdə bir dəfə də uduzmayan Azərbaycan təmsilçisi yeddi oyundan üçündə çinli Van Yue, danimarkalı Hayne-Peter Nilsen və ukraynalı Vasili İvançuk üzərində qələbə qazanmış, Leniyer Dominges (Kuba), Ruslan Ponomaryov (Ukrayna), həmyerlisi Şəhriyar Məmmədyarov, sonuncu turda isə Vaşye-Laqrav ilə görüşlərdə heç-heçəyə razılaşmışdır.
"Gözübağlı" oyunda Məmmədyarov 3,5 xalla 16 iştirakçı arasında yeddinci yeri tutmuşdur. Xatırladaq ki, Çin Xalq Respublikasının paytaxtında Şəhriyar da Azərbaycana medal qazandırmışdır. Şahmatçımız blits turnirində bürünc mükafata sahib olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında