"Azərreyl" - "Vakifbank", "Fənərbaxça" - "Rabitə"

Bu oyunlar təkcə iki qardaş ölkədə yox, bütün Avropada böyük maraqla gözlənilir. Azərbaycan klubları və Türkiyə təmsilçiləri qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsinə inamla başlamışlar və üçüncü turda onlar arasında keçiriləcək görüşlərin qalibləri birinci dövrəni vahid lider kimi başa vuracaqlar.
"D" qrupunda çıxış edən "Azərreyl" və "Vakifbank" startda hərəyə iki qələbə qazanmışlar. Bakılılar da, İstanbul voleybolçuları da Rumıniyanın "Konstanta" və İtaliyanın "Foppapedretti" klubları ilə görüşlərdə rəqiblərinə heç bir ümid yeri qoymamışlar. İndi isə liderlər bir-birlərini sınağa çəkəcəklər. Bu gün keçiriləcək "Azərreyl" - "Vakifbank" görüşü, şübhəsiz, idman həvəskarlarına əvvəldən axıradək əsl voleybol tamaşası vəd edir.
Elə "Fənərbaxça" - "Rabitə" matçı da ("B" qrupu) gərginliyinə görə Bakı görüşündən geri qalmayacaq. Bu oyun sabah İstanbulda keçiriləcək. Bu qrupda da Azərbaycan və Türkiyə klubları Almaniyanın "Drezdner" və Fransanın "Mülhauz" komandalarından güclü olduqlarını asanlıqla sübuta yetirmişlər. Bəs sabah necə olacaq, "Fənərbaxça" - "Rabitə" görüşündən sonra qrupun turnir cədvəlinə kim tək-tənha başçılıq edəcək?
Əlavə edək ki, Azərbaycan və Türkiyə klubları ikinci dövrəyə də öz aralarında keçirəcəkləri görüşlərlə başlayacaqlar. Dekabrın 20-də "Rabitə" voleybolçuları "Fənərbaxça"nı qəbul edəcəklər, "Azərreyl" isə elə həmin gün "Vakifbank"ın qonağı olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında