Londondan 3 qızıl və 3 bürünc medalla

Azərbaycan güləşçiləri Londonda keçirilmiş olimpiyaqabağı sınaq turnirlərində uğurla çıxış etmişlər. Təmsilçilərimiz İngiltərə paytaxtında 3 qızıl və 3 bürünc medalın sevincini yaşamışlar.
Yunan-Roma güləşində Saman Təhmasibi (84 kq), qadın güləşində Mariya Stadnik (48 kq), sərbəst üsulla güləşənlərin turnirində Şərif Şərifov (84 kq) fəxri kürsünün zirvəsinə yüksəlmişlər. Bürünc medallara isə qadın güləşçi Yuliya Ratkeviç (55 kq), "sərbəstlər" Cəbrayıl Həsənov (66 kq) və Əşrəf Əliyev (74 kq) sahib olmuşlar.

{nl}

Lider fərqi artırır
Unibank Premyer Liqasının 16-cı turundan sonra "Neftçi" turnir cədvəlinin ən yüksək pilləsində mövqeyini möhkəmləndirmişdir. AZAL-ı "qol yağışına" tutan (7:1) lider cədvəldə ən yaxın izləyiciləri ilə öz arasındakı fərqi bir qədər də artırmışdır.
Elə "Sumqayıt Şəhər"in "Kəpəz"ə böyük hesabla (4:1) qalib gəlməsi də gözlənilməz olmuşdur. Bu müvəffəqiyyət Sumqayıt futbolçularına nəhayət, sonuncu pilləni tərk etmək imkanı vermişdir.
Turun qalan oyunları belə nəticələnmişdir: " "Xəzər-Lənkəran" - "Qarabağ" - 0:0, "Simurq" - "Turan" - 2:1, "Rəvan" - "Bakı" - 0:0, "Qəbələ" - "İnter" - 0:0.
Növbəti, 17-ci tur ərəfəsində 34 xala malik "Neftçi" cədvəldə ən yaxın rəqibi "İnter"dən 4 xal irəlidədir. Birinci altılıqda sonrakı dörd pillədə irəliləyən Lənkəran klubunun 29, "Bakı"nın 26, "Qarabağ"ın 25, "Qəbələ"nin 22 xalı vardır.

{nl}

Vüqar Həşimov gümüş mükafatçıdır
Qrossmeysterimiz Vüqar Həşimov Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən Ümumdünya intellektual oyunları proqramı çərçivəsində sürətli şahmatın rapid növü üzrə turnirdə yalnız qalibdən geri qalıb gümüş medal qazanmışdır.
On altı rəqibin mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib yeddi turdan ibarət olmuşdur. Həşimov finişə 5 xalla çatmışdır. Birinci yeri 5,5 xal toplayan Çin şahmatçısı Van Hao tutmuşdur. Bürünc medala Qata Kamski (ABŞ) sahib olmuşdur - 4,5 xal. Şəhriyar Məmmədyarov 3,5 xalla yeddinci nəticə göstərmişdir.
Dünən isə sürətli şahmatın digər növü-blits turnirinə start verilmişdir. İki gün üçün nəzərdə tutulmuş bu yarışda da medallar uğrunda 16 iştirakçı mübarizə aparır. Blits turniri dairəvi sistem üzrə keçirilir və rəqiblər hərəyə 15 görüş oynamalıdırlar.
İlk səkkiz turda Məmmədyarov 6,5 xal toplayaraq yarışın vahid lideri olmuşdur. İkinci yeri tutan rusiyalı Aleksandr Qrişukun 6 xalı vardır. Həşimov 5 xalla altıncı mövqedədir. Qalan yeddi turun oyunları bu gün keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında