Həşimov, Məmmədyarov və daha 14 qrossmeyster

Bu günlər Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən ümumdünya intellektual oyunları proqramı çərçivəsində sürətli şahmatın rapid növü üzrə turnirdə 16 qrossmeyster mübarizə aparır. Onlardan ikisi Azərbaycan təmsilçiləri Vüqar Həşimov və Şəhriyar Məmmədyarovdur.
İsveçrə sistemi üzrə keçirilib yeddi turdan ibarət olan turnirin qalan iştirakçıları da şahmat pərəstişkarlarına yaxşı tanışdır: ukraynalılar Vasili İvançuk və Ruslan Ponomaryov, rusiyalılar Sergey Karyakin və Aleksandr Qrişuk, Van Hao və Van Yue (hər ikisi Çin), Qata Kamski (ABŞ), Fransisko Valyexo (İspaniya), Le Kuanq Lyöm (Vyetnam), Aniş Giri (Hollandiya), Leniyer Dominges (Kuba), Zoltan Almaşi (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və danimarkalı Peter-Hayne Nilsen.
Turnirin birinci günü rəqiblər hərəyə iki görüş keçirmişlər. Təkcə iki iştirakçı Məmmədyarov və Van Hao hər iki oyunda qələbə qazana bilmişlər. Şəhriyar Valyexo və Karyakinə qalib gəlmişdir. Həşimov isə Domingesə uduzduqdan sonra Van Yueni məğlubiyyətə uğratmışdır.
Növbəti üç turun görüşləri dünən keçirilmişdir. Turnirə bu gün sonuncu iki turla yekun vurulacaqdır.
Qeyd edək ki, rapid üzrə turnir başa çatdıqdan sonra qrossmeysterlər sürətli şahmatın digər növü blitsdə qalibləri müəyyənləşdirəcəklər. Dekabrın 12-13-nə nəzərdə tutulmuş bu turnir dairəvi sistem üzrə keçirilib 15 turdan ibarət olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında