İdman xəbərləri (08.12.2011)

 

{nl}

"Zenit" də arzusuna çatdı

{nl}

UEFA Çempionlar Liqası turnirində qrup mərhələsinin altıncı turunun ilk səkkiz görüşündən sonra dörd qrupdan səkkizdəbir finala vəsiqə qazanmış komandalar məlum olmuşdur.
"E" qrupu. "Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:0, "Genk" (Belçika) - "Bayer" (Almaniya) - 1:1. Növbəti mərhələdə mübarizəni ingilislərlə (11 xal) almanlar (10) davam etdirəcəklər.
"F" qrupu. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) - 3:1, "Borussiya") (Dortmund, Almaniya) - "Marsel" (Fransa) - 2:3. Qrupda ilk iki yeri müvafiq surətdə 11 və 10 xal toplayan "Arsenal" və "Marsel" tutmuşlar.
"G" qrupu. "Portu" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:0, APOEL (Kipr) - "Şaxtyor" (Ukrayna) - 0:2. Rusiya və Kipr klubları finişə hərəyə 9 xalla çataraq pley-off mərhələsində oynamaq hüququ qazanmışlar.
"H" qrupu. "Barselona" (İspaniya) - BATE (Belarus) - 4:0, "Viktoriya" (Çexiya) - "Milan" (İtaliya) - 2:2. İspanlar (16 xal) və italyanlar (9) rəqibləri üçün əlçatmaz olmuşlar.
Digər dörd qrupdan səkkizdəbir finalın iştirakçıları dünən keçirilən və bizim vaxtla gecəyarısı başa çatan növbəti səkkiz görüşdən sonra müəyyənləşməli idi.

{nl}

Cüdoçular yeni sınaq ərəfəsində

{nl}

 

{nl}

Sabah Tokioda cüdo üzrə "Böyük dəbilqə" turnirinə start veriləcəkdir. Üç gün davam edəcək bu yarışın iştirakçıları medallarla yanaşı XXX Yay Olimpiya Oyunlarına lisenziya xalları uğrunda da mübarizə aparacaqlar.
Azerisport-un yaydığı xəbərdə bildirilir ki, Azərbaycan turnirdə səkkiz tatami ustası ilə təmsil olunacaq. Bunlar 60 kq çəki dərəcəsində çıxış edən İlqar Muşkiyev və Vüqar Şirinli, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), qadınların yarışında isə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında