İtalyanlar Bakıda

Bu gün qadın voleybol klubları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsində Azərbaycan komandaları ikinci turun oyunlarını keçirəcəklər. "D" qrupunda çıxış edən "Azərreyl" İtaliyanın Berqamo şəhərinin "Foppapedretti" komandasını qəbul edəcəkdir. "İdman Azərbaycan" kanalı saat 18-də başlanacaq bu oyunu canlı yayınlamağı nəzərdə tutmuşdur.
Liqadakı digər təmsilçimiz "Rabitə" isə Almaniyanın qonağıdır. Voleybolçularımızı bu axşam orada "Drezdner" ilə görüş gözləyir. Turnirə uğurla başlayan Bakının hər iki klubu bugünkü oyunlarda ilk müvəffəqiyyəti bir qədər də inkişaf etdirib xal ehtiyatını artırmaq əzmindədir.
Bu arada Yaponiyanın paytaxtı Tokioda kişilərdən ibarət milli voleybol komandalarının Dünya kuboku yarışına yekun vurulmuşdur. Turnirdə ilk üç yeri tutan Rusiya, Polşa və Braziliya kollektivləri London Olimpiadasına lisenziya qazanmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında