"Neftçi" artıq vahid liderdir

"Qəbələ" - "Sumqayıt Şəhər" - 3:1, "Xəzər-Lənkəran" - "İnter" - 0:1, AZAL - "Bakı" - 1:0, "Neftçi" - "Simurq" - 4:2, "Turan" - "Qarabağ" - 0:1, "Rəvan" - "Kəpəz" - 1:2.
Unibank Premyer Liqasının 15-ci turunda qeydə alınmış bu nəticələrdən sonra "Neftçi" artıq turnir cədvəlinə başçılıq edir, hələ bu yaxınlaradək vahid lider kimi özünü kifayət qədər inamlı hiss edən, indi isə uğursuzluq zolağından heç cür çıxa bilməyən "Xəzər-Lənkəran" daha bir məğlubiyyət nəticəsində ikinci pilləni də itirmiş və onun rumıniyalı baş məşqçisi Mirça Rednik istefa ərizəsi yazmalı olmuşdur. Lənkərandan Bakıya qələbə ilə qayıdan "İnter" də öz növbəsində ikinci mövqeyə yüksəlmişdir. Qalan oyunlardan AZAL-ın növbəti müvəffəqiyyətini, "Kəpəz"in çətin səfər görüşündə "Rəvan" üzərində qələbəsini qeyd etmək olar.

{nl}

O Q H M T X
1. "Neftçi" 15 10 1 4 27-13 31
2. "İnter" 15 8 5 2 13-8 29
3. "Xəzər-Lənkəran" 15 8 4 3 20-16 28
4. "Bakı" 15 7 4 4 22-13 25
5. "Qarabağ" 15 7 3 5 18-14 24
6. "Qəbələ" 15 6 3 6 17-19 21
7. AZAL 15 5 5 5 19-17 20
8. "Rəvan" 15 4 6 5 18-19 18
9. "Simurq" 15 4 4 7 15-19 16
10. "Kəpəz" 15 4 4 7 19-24 16
11. "Turan" 15 3 2 10 9-22 11
12. "Sumqayıt Şəhər" 15 2 3 10 8-21 9

{nl}


On altıncı turun oyunları dekabrın 10-da ("Xəzər-Lənkəran" - "Qarabağ", "Simurq" - "Turan", "Rəvan" - "Bakı") və 11-də ("Sumqayıt Şəhər" - "Kəpəz", "Qəbələ" - "İnter", "Neftçi" - AZAL) keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında