Basketbol yığmamızın rəqibləri məlumdur

Almaniyanın Münhen şəhərində atılmış püşk nəticəsində kişilərdən ibarət komandalar arasında basketbol üzrə 2013-cü il Avropa çempionatının seçmə turnirində mübarizə aparacaq Azərbaycan kollektivinin rəqibləri müəyyənləşmişdir.
Yığmamız Almaniya, Bolqarıstan, İsveç və Lüksemburq komandaları ilə birlikdə "B" qrupunda çıxış edəcəkdir. Seçmə yarışları 2012-ci il avqustun 15-dən sentyabrın 11-dək keçiriləcəkdir. Rəqiblər altı qrupda yarışacaqlar. Hər qrupdan ən güclü iki komanda, habelə qruplarda üçüncü yerləri tutan kollektivlər arasında daha yaxşı nəticə göstərən dörd komanda final mərhələsinə vəsiqə qazanacaq. Azərbaycan basketbolçuları turnirə avqustun 15-də səfərdə Lüksemburq komandasına qarşı görüşlə başlayacaqlar.
Avropa çempionatının final mərhələsi 2013-cü ilin sentyabrında Sloveniyada təşkil olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında