Avropa çempionatı Polşa-Yunanıstan görüşü ilə başlanacaq

Beləliklə, Kiyevdə futbol üzrə 2012-ci il Avropa çempionatı final mərhələsinin püşkü atılmış və qitə birinciliyinin medalları uğrunda mübarizə aparacaq 16 komanda dörd qrupa bölünmüşdür.
Çempionatın təşkilatçısı olan iki ölkədən biri Polşa "A" qrupunda yer almışdır. Burada polyakların rəqibləri Yunanıstan, Rusiya və Çexiya komandaları olacaq.
Qarşıdakı yarışların digər ev sahibi Ukrayna isə İsveç, Fransa və İngiltərə ilə birlikdə "D" qrupunda çıxış edəcək.
"B" qrupuna Hollandiya, Danimarka, Almaniya və Portuqaliya daxildir. "C" qrupunda İspaniya, İtaliya, İrlandiya və Xorvatiya futbolçuları "münasibətləri aydınlaşdıracaqlar".
Avropa çempionatı iştirakçılarından ikisi Rusiya və Portuqaliya komandaları 2014-cü il dünya birinciliyinin seçmə yarışlarında Azərbaycan yığmasının rəqibləri olacaq. Bu səbəbdən də Polşa və Ukrayna stadionlarında onların iştirakı ilə keçiriləcək görüşlər yəqin ki, bizim azarkeşlərdə daha böyük maraq doğuracaq.
Qitə çempionatına 2012-ci il iyunun 8-də Varşavada Polşa-Yunanıstan görüşü ilə start veriləcək. Final matçı isə iyulun 1-də Kiyevdə keçiriləcəkdir.

{nl}

"Rabitə" və "Azərreyl"i daha hansı günlərdə görəcəyik...
Bakının "Rabitə" və "Azərreyl" klublarının Çempionlar Liqasında inamlı startından sonra təbii ki, Azərbaycanın voleybol həvəskarları komandalarımızın növbəti oyunlarını daha böyük maraqla gözləyirlər. Liqanın qrup mərhələsində təmsilçilərimizin iştirakı ilə keçiriləcək qalan görüşlərin təqvimini onların diqqətinə çatdırırıq.
"B" qrupu. 7 dekabr. "Drezdner" - "Rabitə". 15 dekabr. "Fənərbaxça" - "Rabitə". 20 dekabr. "Rabitə" - "Fənərbaxça". 10 yanvar. "Rabitə" - "Drezdner". 17 yanvar. "Mülhauz" - "Rabitə".
"D" qrupu. 7 dekabr. "Azərreyl" - "Foppapedretti". 14 dekabr. "Azərreyl" - "Vakifbank". 20 dekabr. "Vakifbank" - "Azərreyl". 12 yanvar. "Foppapedretti" - "Azərreyl". 17 yanvar. "Azərreyl" - "Konstanta".
Xatırladaq ki, ilkin mərhələ yarışları beş qrupda keçirilir və hər qrupdan ən yaxşı iki komanda pley-off mərhələsində mübarizəni davam etdirəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında