5 oyun, 5 qələbə!

Azərbaycanın qadın voleybol klubları 2011-2012-ci illər mövsümünün Avropa turnirlərinə gözlədiyimizdən də yaxşı başlamışlar. Çempionlar Liqası, qitə Voleybol Konfederasiyasının kuboku və "Çellenc kuboku" yarışlarında ölkəmizi təmsil edən beş komandanın beşi də meydanı qələbə ilə tərk etmişdir. Başlıcası isə təmsilçilərimiz evdə, yaxud səfərdə oynamalarından asılı olmayaraq, üst-üstə beş görüşdə cəmi bir hissədə uduzub ümumi 15:1 hesabı ilə qalib gəlmişlər.
Çempionlar Liqası turnirinin qrup mərhələsinin start turunda Rumıniyada yerli "Konstanta"nı elə bir çətinlik çəkmədən üç hissədə məğlubiyyətə uğradan "Azərreyl"dən sonra "Rabitə" də Avropa klub voleybolunun ən nüfuzlu yarışına inamla başlamışdır. Srağagün "Sərhədçi" İdman Olimpiya Mərkəzində voleybol pərəstişkarlarımız Liqada sonuncu turnirin finalçısının Fransanın "Mülhauz" klubu üzərində layiqli qələbəsinin şahidi oldular - 3:0 (25:15, 25:13, 25:21).
Bu oyundan bir qədər sonra isə "Bakı" voleybolçuları "Çellenc kuboku" yarışlarının 1/16 final mərhələsinin ilk görüşündə "Evre"ni (Fransa) sınağa çəkib rəqiblərini məğlubiyyətlə razılaşmağa məcbur etdilər. Bakı İdman Sarayında oynanılan bu matçda 3:1 (25:15, 18:25, 25:20, 25:11) hesabı qeydə alındı.
"Lokomotiv" də həmin turnirin 1/16 final mərhələsi çərçivəsində Macarıstanda "Vaşaş" ilə oyundan Bakıya 3:0 hesablı qələbə ilə qayıtmış və "doğma divarlar" arasında keçirəcəyi cavab görüşündən sonra səkkizdəbir finalda mübarizəni davam etdirmək üçün özünə yaxşı zəmin yaratmışdır. "İqtisadçı"nın Avropa Voleybol Konfederasiyasının kuboku yarışlarının 1/16 final mərhələsinə öz meydanında Rumıniyanın "Dinamo-Romprest" komandası üzərində asan qələbə ilə başladığını da xatırladaq (3:0).
Əlavə edək ki, Çempionlar Liqasının "B" qrupunda "Rabitə"nin rəqibləri "Mülhauz"la yanaşı, Türkiyənin "Fənərbaxça" və Almaniyanın "Drezdner" klublarıdır. İstanbul komandası da bakılılar kimi turnirə uğurla başlayaraq ilk oyunda almanlara 3:0 hesabı ilə qalib gəlmişdir.
"Azərreyl" və "Konstanta" isə "Vakifbank" (Türkiyə və "Foppapedretti" (İtaliya) ilə birlikdə "D" qrupunda çıxış edirlər. Bu qrupda birinci turun digər oyununda italyanlar türkiyəli qonaqlarına uduzmuş (0:3) və "Azərreyl" ilə "Vakifbank" qrupun ilk liderləri olmuşlar.
Klublarımız ikinci turun görüşlərini dekabrın 7-də keçirəcəklər. Həmin gün "Rabitə" Almaniyada "Drezdner"in qonağı olacaq, "Azərreyl" isə "Foppapedretti"ni qəbul edəcəkdir.

{nl}

Oqtay BAYRAMOV,"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında