İdman xəbərləri. "Neftçi" əlavə göstəricilərə görə irəli çıxır

Milli futbol çempionatımızın iştirakçıları 14-cü turun oyunları ilə noyabr təqvimini də başa vurmuşlar. Finişə çatmaqda olan ayın son turu "Neftçi"nin topladığı xalların miqdarına görə uzun müddət turnir cədvəlinə tək-tənha başçılıq etmiş "Xəzər-Lənkəran"a çatması, əlavə göstəricilərə görə isə ondan irəli çıxıb lider mövqeyinə yüksəlməsi ilə diqqəti cəlb etmişdir.
Ötən turda Lənkəran klubu Zaqatalada "Simurq" ilə görüşdə heç-heçə ilə kifayətlənmiş (2:2), bakılılar isə Quzanlı Olimpiya İdman Kompleksinin meydançasında "Qarabağ"la oyundan qalib ayrılmışlar - 2:1.
Qalan görüşlər belə nəticələnmişdir: "Kəpəz" - "Turan" - 1:1, "Sumqayıt Şəhər" - "Rəvan" - 0:1, "Bakı" - "Qəbələ" - 2:1, "İnter" - AZAL - 1:1.

{nl}

O Q H M T X
1. "Neftçi" 14 9 1 4 23-11 28
2. "Xəzər-Lənkəran" 14 8 4 2 20-15 28
3. "İnter" 14 7 5 2 12-8 26
4. "Bakı" 14 7 4 3 22-12 25
5. "Qarabağ" 14 6 3 5 17-14 21
6. "Rəvan" 14 4 6 4 17-17 18
7. "Qəbələ" 14 5 3 6 14-18 18
8. AZAL 14 4 5 5 18-17 17
9. "Simurq" 14 4 4 6 13-15 16
10. "Kəpəz" 14 3 4 7 17-23 13
11. "Turan" 14 3 2 9 9-21 11
12. "Sumqayıt Şəhər" 14 2 3 9 7-18 9

{nl}

Növbəti, 15-ci turun oyunları dekabrın 4-də keçiriləcəkdir. Bu turda azarkeşləri "Qəbələ" - "Sumqayıt Şəhər", "Xəzər-Lənkəran" - "İnter", AZAL - "Bakı", "Neftçi" - "Simurq", "Turan" - "Qarabağ" və "Rəvan" - "Kəpəz" görüşləri gözləyir.

{nl}

"Azərreyl" Rumıniyada
Bakının "Azərreyl" klubu qadın voleybol komandaları arasında 2011-2012-ci illər mövsümü üçün Çempionlar Liqasu turnirində çıxışlarına başlayır. Faiq Qarayevin yetirmələri Avropa klub voleybolunun ən mötəbər yarışında ilk oyunu bu gün Rumıniyada "Tomis Konstanta" komandasına qarşı keçirəcəklər.
Bu arada növbəti Azərbaycan çempionatı da starta çıxmışdır. Birinci turun görüşləri belə nəticələnmişdir: "Rabitə" - "Lokomotiv Biləcəri" - 3:0, "İqtisadçı" - "Azəryolservis" - 3:1, "Lokomotiv" - "Bakı" - 0:3.
İkinci turun görüşləri dekabrın 3-də keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında