Startda İsraillə, finişdə Rusiya ilə

Beləliklə, Azərbaycan, Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburq futbol federasiyalarının nümayəndələri Lüksemburqda görüşüb final mərhələsi 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı seçmə yarışlarının "F" qrupu üçün təqvimini müəyyənləşdirmişlər. Qrupdakı rəqiblər bizim azarkeşlərə tanışdırlar. Azərbaycan futbolçuları müxtəlif illərdə rəsmi oyunlarda və yoldaşlıq görüşlərində onlarla qarşılaşmışlar.
Yığmamız seçmə turnirinə 2012-ci il sentyabrın 7-də Bakıda İsrail komandası ilə görüşlə başlayacaq. Gələn il daha üç oyunumuz olacaq və onların hamısı rəqib meydanında keçiriləcəkdir: 11 sentyabr. Portuqaliya-Azərbaycan. 16 oktyabr. Rusiya-Azərbaycan. 14 noyabr. Şimali İrlandiya-Azərbaycan.
Komandamızın 2013-cü ildə oynayacağı matçların isə təqvimi belədir: 22 mart. Lüksemburq-Azərbaycan. 26 mart. Azərbaycan-Portulaqiya. 7 iyun. Azərbaycan-Lüksemburq. 6 sentyabr. İsrail-Azərbaycan. 11 oktyabr. Azərbaycan-Şimali İrlandiya. 15 oktyabr. Azərbaycan-Rusiya.
Bu təqvimə əlavə olaraq xatırladaq ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatının final mərhələsi 2014-cü ilin iyun-iyul aylarında keçiriləcəkdir. Çempionata iyunun 12-də San-Pauluda start veriləcək. Final görüşü isə iyulun 13-də Rio-de-Janeyronun məşhur "Marakana" stadiolnunda baş tutacaq.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında