Son oyunları gözləyək...

UEFA Çempionlar Liqasında daha səkkiz oyunla qrup mərhələsinin beşinci turuna yekun vurulmuşdur. İspaniyanın "Real" və "Barselona", Almaniyanın "Bavariya", İtaliyanın "Milan" və "İnter", Portuqaliyanın "Benfika" klublarından sonra "Arsenal" (İngiltərə) və APOEL (Kipr) komandaları da vaxtından əvvəl səkkizdəbir finalda mübarizəni davam etdirmək hüququ qazanmışlar. Pley-off mərhələsinin qalan səkkiz iştirakçısı isə dekabrın 6-7-də keçiriləcək son oyunlarda müəyyənləşəcək. Görək bu görüşlərdən sonra hansı xoşbəxt komandalar təbrikləri qəbul edəcək. 
"E" qrupu. "Bayer" (Almaniya) - "Çelsi" (İngiltərə)-2:1, "Valensiya" (İspaniya) - "Genk" (Belçika)-7:0. Finişə bir tur qalmış almanların 9,ingilislərlə ispanların hərəyə 8, belçikalıların 2 xalı vardır.
"F" qrupu. "Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan)-0:1, "Arsenal" "Borussiya" (Dortmund, Almaniya)-2:1. Qrupun turnir cədvəlinə başçılıq edən İngiltərə klubu 11, "Marsel" 7, "Olimpiakos" 6, "Borussiya" 4 xala malikdir.
"G" qrupu. "Zenit" (Rusiya)-APOEL (Kipr)-0:0, "Şaxtyor" (Ukrayna) - "Portu" (Portuqaliya)-0:2. APOEL-in (9 xal) səkkizdəbir finalda oynamasına artıq heç nə mane ola bilməyəcək. Bu qrupdan ikinci vəsiqəyə kimin sevinəcəyini isə dekabrın 6-da "Portu" (7 xal) - "Zenit" (8 ) görüşündən sonra biləcəyik. "Şaxtyor"un cəmi 2 xalı vardır.
"H" qrupu. "Milan" - "Barselona"-2:3, BATE (Belarus) - "Viktoriya Plzen" (Çexiya)-0:1. Müvafiq sürətdə 13 və 8 xal toplayan İspaniya və İtaliya təmsilçiləri ilk iki yeri özlərinə təmin etdiklərindən çexlər (4 xal) və Belarus futbolçuları (2) səkkizdəbir finala çıxmaq imkanını itirmişlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında