Dünya çempionatı finişin astanasında

Braziliyanın Kaldas-Novas şəhərində 8-18 yaşlı oğlan və qızların şahmat üzrə dünya birinciliyi başa çatmaq üzrədir. Yeddi turdan sonra Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Zeynəb İsmayılzadə və Kənan İzzət göstərmişlər.
Səkkiz yaşlı qızlar qrupunda mübarizə aparan Zeynəb yeddinci turda rusiyalı Yelizaveta Solojenkina üzərində qələbə sayəsində xal ehtiyatını 5,5-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlmişdir. Dünən axşam keçirilən səkkizinci turda İsmayılzadəni vyetnamlı liderlə görüş gözləyirdi.
Kənan isə 16 yaşlı oğlanların turnirində 5,5 xal toplamış və turnir cədvəlinə başçılıq edən litvalı yaşıdı Tomas Laurusasdan yarım xal geri qalır. Yeddinci turda Maqs Anderseni (Danimarka) məğlubiyyətə uğradan şahmatçımız dünən səkkizinci görüşünü erməni Karen Qriqoryana qarşı keçirmişdir.
Dünya çempionatında yarışan Azərbaycan şahmat məktəbinin digər yetirmələri Abdulla Qədimbəyli, Mətin Mürsəlli, Ülvi Sadıqov, Zaur Məmmədov, Günay Məmmədzadə, Aydan Höcətova, Ülviyyə Fətəliyeva, Nərmin Kazımova və Xəyalə Abdulla isə finişə iki tur qalmış 5 xal toplamışlar. Turnirlərə bu gün sonuncu, doqquzuncu turla yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında