Kimi itkisiz irəliləyir, kimi də hamıya uduzur

UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin beşinci turunda Türkiyənin "Trabzonspor" komandası öz meydançasında İtaliyanın "İnter" klubu ilə heç-heçə oynayaraq (1:1) səkkizdəbir finala çıxmaq imkanını qoruyub saxlamışdır. "B" qrupunun digər görüşündə ÇSKA Moskvada "Lill"ə (Fransa) uduzmuşdur - 0:2.
Qrupun lideri "İnter" sonuncu, altıncı turun nəticələrindən asılı olmayaraq 10 xalla birinci yeri və pley-off mərhələsinə vəsiqəni özünə təmin etmişdir. "Trabzonspor"un 6, fransızlarla moskvalıların 5 xalı vardır. Dekabrın 7-nə təyin edilmiş son turda Trabzon futbolçuları "Lill"in qonağı olacaqlar, "İnter" isə ÇSKA-nı qəbul edəcəkdir.
"A" qrupu. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 3:1, "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 2:1. "Bavariya" (13 xal) rəqibləri üçün artıq əlçatmazdır. İtalyanlar 8, ingilislər 7 xal toplamışlar. İspanlar isə keçirdikləri beş oyunun hamısında uduzmuşlar. Bu qrupda turnirə "Mançester Siti" - "Bavariya" və "Vilyarreal" - "Napoli" görüşləri ilə yekun vurulacaqdır.
"C" qrupu. "Mançester Yunayted" (İngiltərə) - "Benfika" (Portulaqiya) - 2:2, "Otselul" (Rumıniya) - "Bazel" (İsveçrə) - 2:3. Qrupda ilk iki yeri hərəyə 9 xalla Portuqaliya və İngiltərə klubları tuturlar. "Bazel" onlardan 1 xal geri qalır. Rumınlar isə hələ xal qazana bilməmişlər. Finişdə "Benfika" öz meydançasında yəqin ki, "Otselul"a qalib gəlməkdə çətinlik çəkməyəcək, "Bazel" - "Mançester Yunayted" görüşü isə gərgin mübarizə vəd edir.
"D" qrupu. "Real" (İspaniya) - "Dinamo" (Xorvatiya) - 6:2, "Lion" (Fransa) - "Ayaks" (Hollandiya) - 0:0. Turnirdə itkisiz irəliləyən "Kral klubu" beş oyunda maksimum nəticə göstərmişdir - 15 xal. "Ayaks"ın 8, "Lion"un 5 xalı vardır. "Dinamo" bütün görüşlərdən məğlub ayrılmışdır. Son turda hollandlar "Real"ı, xorvatlar isə "Lion"u qəbul edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında