13-cü tur liderlərə sevinc gətirmədi

Azərbaycan milli futbol çempionatının 13-cü turu liderlərin heç birinə qələbə sevinci gətirməmişdir. "Xəzər-Lənkəran" öz meydançasında "Rəvan"la görüşdən heç-heçə ilə ayrılmış - 1:1, "Neftçi" Qəbələdə eyniadlı yerli kluba 0:1 hesabı ilə uduzaraq turnir cədvəlinin zirvəsinə yüksəlmək imkanını itirmiş, "İnter"in "Qarabağ"la oyunda qazancı bir xal olmuşdur - 0:0.
Turun qalan üç görüşündə "doğma divarlar" arasında oynayan klublar özlərini və pərəstişkarlarını qələbə ilə sevindirmişlər: AZAL - "Kəpəz" - 2:0, "Simurq" - "Sumqayıt Şəhər" - 1:0, "Bakı" - "Turan" - 5:0.
Bu oyunlardan sonra turnir cədvəlinə əvvəlkitək Lənkəran klubu başçılıq edir - 27 xal. İkinci-üçüncü pillələrdə irəliləyən "İnter"lə "Neftçi"nin 25 xalı vardır.
Növbəti, 14-cü turun görüşləri noyabrın 25-də ("Kəpəz" - "Turan", "Simurq" - "Xəzər-Lənkəran", "Sumqayıt Şəhər" - "Rəvan") və 26-da ("Bakı" - "Qəbələ", "Qarabağ" - "Neftçi", "İnter" - AZAL) keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında