Çempion qələbə ilə başladı

İki il əvvəl Serbiyanın Novi-Sad şəhərində keçirilmiş şahmat üzrə 17-ci Avropa çempionatının qalibi Azərbaycanın kişilərdən ibarət komandası noyabrın 3-də Yunanıstanın Porto Karras şəhərində start götürmüş 18-ci qitə birinciliyinə qələbə ilə başlamışdır. Qrossmeysterlərimiz birinci turda İtaliya yığmasına qalib gəlmişlər - 2,5:1,5.
Bu matçda Azərbaycanın müvəffəqiyyətini üçüncü taxtada Şəhriyar Məmmədyarovun Sabino Brunello üzərində qələbəsi təmin etmişdir. Digər üç taxtada Teymur Rəcəbov - Fabiano Karuana, Vüqar Həşimov - Mixele Qodena və Qədir Hüseynov - Aksel Rombaldoni görüşləri heç-heçə nəticələnmişdir.
Start turunda daha 15 matçda qələbə qeydə alınmışdır. Türkiyə komandasının Gürcüstan yığması ilə görüşdə müvəffəqiyyətini (2,5:1,5) bir qədər gözlənilməz hesab etmək olar.
Qadın şahmatçılarımız ilk matçda Gürcüstan komandasına 1,5:2,5 hesabı ilə uduzmuşlar. Zeynəb Məmmədyarova birici taxtada Lela Javakişviliyə qalib gəlmiş, onun bacıçı Türkan dördüncü taxtada Melia Salome ilə heç-heçə oynamışdır. Digər iki taxtada Nərmin Kazımova Naza Paikidzeyə, Gülnar Məmmədova Nino Xurtsidzeyə məğlub olmuşlar.
Dünən keçirilən ikinci turda Azərbaycanın kişilərdən ibarət komandası Ermənistan yığması ilə görüşmüş, qadın təmsilçilərimiz isə litvalı rəqiblərinə qarşı oynamışlar.
Qeyd edək ki, matçlarda qələbəyə görə 2 xal verilir. Turnir cədvəlində komandaların tutduqları yerlər müəyyənləşdirilərkən iki və ya daha çox rəqib eyni miqdarda xala malik olduqda əlavə göstərici kimi həmin komandaların bütün iştirakçılarının qazandıqları xallar nəzərə alınır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında