İdman xəbərləri. Dünyanın şahmat həyatı bir an belə dayanmır

Türkiyənin Kocaeli şəhərində 16 yaşınadək şahmatçılar arasında Ümumdünya Olimpiadası yenicə finişə çatmışdır. Dünən axşam isə Porto Karrasda (Yunanıstan) kişilərdən ibarət komandaların 18-ci, qadınların 8-ci Avropa çempionatına start verilmişdir.
Kişi qrossmeysterlərimiz birinci turda İtaliya komandasına qarşı (Fabiano Karuana, 2727, Mixele Qodena, 2548, Sabino Brunello, 2575, Aksel Rombaldoni, 2459) matça Teymur Rəcəbov (2781), Vüqar Həşimov (2757), Şəhriyar Məmmədyarov (2733) və Qədir Hüseynovdan (2636) ibarət heyətlə mübarizə aparmağa hazırlaşırdılar. Qadın şahmatçılarımız Zeynəb Məmmədyarova (2314), Nərmin Kazımova (2241), Gülnar Məmmədova (2290) və Türkan Məmmədyarovanı (2277) isə Gürcüstan yığması (Lela Javakişvili, 2475, Nazi Paikidze, 2422, Nino Xurtsidze, 2440, Melia Salome, 2392) ilə görüş gözləyirdi. Bakı vaxtı ilə saat 18-də başlanan bu matçların nəticələri təxminən saat 23-də məlum olacaqdı.
Bu arada Braziliyada keçiriləcək 8-18 yaşlılar arasında dünya çempionatına bir qədər də yaxınlaşmışıq. İndi bu yarışın açılış mərasiminə iki həftə qalır.
Pelenin vətənində dünya çempionu adı uğrunda Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də mübarizə aparacaq. Çempionatın saytında verilmiş siyahılarda müxtəlif yaş qruplarında ölkəmizi Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Kənan İzzət, Aydan Höcətova, Ülviyyə Fətəliyeva, Nərmin Kazımova, Xəyalə Abdulla və başqalarının təmsil edəcəkləri bildirilir.
Dünya çempionatı doqquz turdan ibarət olacaq. İlk görüşlər noyabrın 18-də keçiriləcək, sonuncu tur isə noyabrın 26-na təyin edilmişdir.

{nl}

20 noyabr. "Barselona" - "Araz"
Bu oyun İspaniyanın Barselona şəhərində baş tutacaq. Futzal üzrə UEFA kuboku yarışlarının elit mərhələsində Azərbaycanın "Araz" klubu "B" qrupu komandalarının turnirində çıxışlarını noyabrın 20-də ispanlara qarşı görüşlə başa vuracaq.
Futzal ustalarımız ilk iki oyunu isə noyabrın 17-də və 18-də müvafiq surətdə Hollandiyanın "Eyndhoven" və Çexiyanın "Xrudim" klublarına qarşı keçirəcəklər. Artıq turnirin hakimləri də məlumdur. Oyunları Ukrayna, Portuqaliya, Rumıniya və Xorvatiya futbol federasiyalarının nümayəndələri idarə edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında